• Nazirlik
    Əsasnamə Kollegiya Struktur
  • Qanunvericilik
    Konstitusiyalar
  • Aqrar Sığorta Fondu
    • Məhsullarımız
      • Bitkiçilik
      • Heyvandarlıq
      • Akvakultura
    • Aqrar sığorta haqqında
    • Aqrar sığorta ilə bağlı maarifləndirici məlumatlar
  • Mətbuat
    Xəbərlər Fermerlərə məsləhət Hesabatlar Foto qalereya Video qalereya
  • Müraciətlər
    Əlaqə E-məktub yazmaq Qəbul günləri
  • Əsas səhifə
  • Nazirlik
    Əsasnamə Kollegiya Struktur
  • Qanunvericilik
    Konstitusiyalar
  • Aqrar Sığorta Fondu
    • Məhsullarımız
      • Bitkiçilik
      • Heyvandarlıq
      • Akvakultura
    • Aqrar sığorta haqqında
    • Aqrar sığorta ilə bağlı maarifləndirici məlumatlar
  • Mətbuat
    Xəbərlər Fermerlərə məsləhət Hesabatlar Foto qalereya Video qalereya
  • Müraciətlər
    Əlaqə E-məktub yazmaq

Aqrar sahənin inkişafı diqqətdə saxlanılıb

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi iyun ayında da fəaliyyətini qəbul olunmuş müvafiq Dövlət proqramlarının və nazirliyin illik iş planının icrası istiqamətində qurub. Ötən ay taxıl biçininin başlanması ilə əlaqədar nazirlikdə yaradılmış operativ qərargah vasitəsilə biçinin gedişinə nəzarət edilib. Nazirlik əməkdaşları tərəfindən muxtar respublikada taxıl biçininin qısa müddətdə başa çatdırılması, biçin zamanı baş verə biləcək fəsadların qısa zamanda aradan qaldırılması barədə biçində iştirak edəcək mexanizator,sahibkar və ailə təsərrüfatı üzvləri ilə maarifləndirici görüşlər keçirilib. Mütəxəssislər tərəfindən bitki yağı üçün əkilmiş qarğıdalı və günəbaxan əkinlərinə aqrotexniki qaydalara uyğun qulluq edilməsi, bostan-tərəvəz sahələrində, meyvə və üzüm bağlarında xəstəlik və zərərvericilərə qarşı mübarizə aparılması üçün təsərrüfat sahiblərinin iştirakı ilə tarla seminar-müşavirələri keçirilib. Nazirlik əməkdaşları tərəfindən Naxçıvan şəhərində “N” hərbi hissənin yaşıllıq zolağındakı ağaclarda və dekorativ bitkilərdə, Dövlət Baytarlıq Xidmətinin həyətyanısahəsindəki meyvə ağaclarında xəstəlik və zərərvericilərə qarşı kimyəvi mübarizə tədbirinin aparılmasına əməli köməklik göstərilib. Şahbuz rayonu ərazisində yerləşən yaşıllıq zolaqlarında və meşə təsərrüfatında karantin zərərvericilərin növ müxtəlifliyini və intensivliyini yoxlamaq məqsədilə sahələrə baxış keçirilib, mübarizə tədbirlərinin aparılması üçün müvafiq məsləhət və tövsiyələr verilib. Ötən ay “Araz” Elm-İstehsalat Birliyinin elmi şurasının iclası keçirilib, aparılan elmi-tədqiqat və təsərrüfat işlərinin gedişi müzakirə olunub və müvafiq tapşırıqlar verilib. Birliyin əməkdaşları tərəfindən 3 elmi məqalə nəşrə göndərilib, müəssisənin yardımçı təcrübə təsərrüfatında taxıl sahələrinin vəziyyəti öyrənilib və sahələr üzrə orta məhsuldarlıq müəyyən olunub. Aqrokimya, torpaqşünaslıq və torpaqların kütləvi analizləri şöbəsinin əməkdaşları tərəfindən Babək rayonunun Zeynəddin kənd sakiniAmil Nəbiyev tərəfindən gətirilmiştorpaq nümunəsi analiz olunaraq tərkibindəki qida maddələrinin miqdarına uyğun gübrə normaları hesablanıb, mülkiyyətçiyə yazılı məlumat verilib. Naxçıvan Dövlət Universitetinin müvafiq ixtisas üzrə istehsalat təcrübəsində olan tələbələrə laboratoriyada torpaqların qida maddələrinin, humusun, karbonatlığın, mühitin və elektrik keçiriciliyinin təyini analizlərinin aparılması öyrədilib. Onlara torpaqların qida maddələri ilə təmin olunma dərəcələrinə əsasən gübrə normalarının hesablanması, kartoqramların hazırlanması haqqında məlumat verilib. Hesabat dövründə Toxumçuluq və Bitkilərin Mühafizəsi İdarəsinin mütəxəssisləri fermerlər, torpaq mülkiyyətçiləri və ailə təsərrüfatısahibləri ilə görüşlər keçirib, üzüm və meyvə bağlarında xəstəlik və zərərvericilərin aşkarlanması məqsədilə idarəyə müraciət edən 45 təsərrüfat sahibinə xəstəlik və zərərvericilərə qarşı tələb olunan mübarizə tədbirləri haqqında ətraflı məlumat verilib. Heyvandarlıqda mal-qaranın inkişaf etdirilməsi, onlara zoobaytar qaydalara uyğun qulluq edilməsi və cins tərkibinin yaxşılaşdırılması, arı ailələrinin mərhələli şəkildə köçürülməsi və xəstəliklərə qarşı profilaktik işlərin aparılması istiqamətində maarifləndirmə tədbirləri davam etdirilib.

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı

Nazirliyinin mətbuat xidməti

Azərbaycan Respublikası
Naxçıvan Muxtar Respublikası
Kənd Təsərrüfatı Nazirliyi

nagro.gov.az
  • Əsas səhifə
  • Əsasnamə
  • Struktur
  • Konstitusiyalar
  • Əlaqə
  • E-məktub yazmaq
  • Ünvan: Naxçıvan şəhəri, Xətai məhəlləsi, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi.

    Telefon  : 545-02-47
    Elektron-poçt  : office@nagro.gov.az
    © 2023 Tərtibat və proqramlaşdırma: Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi