• Nazirlik
    Əsasnamə Kollegiya Struktur
  • Qanunvericilik
    Konstitusiyalar
  • Aqrar Sığorta Fondu
    • Məhsullarımız
      • Bitkiçilik
      • Heyvandarlıq
      • Akvakultura
    • Aqrar sığorta haqqında
    • Aqrar sığorta ilə bağlı maarifləndirici məlumatlar
  • Mətbuat
    Xəbərlər Fermerlərə məsləhət Hesabatlar Foto qalereya Video qalereya
  • Müraciətlər
    Əlaqə E-məktub yazmaq Qəbul günləri
  • Əsas səhifə
  • Nazirlik
    Əsasnamə Kollegiya Struktur
  • Qanunvericilik
    Konstitusiyalar
  • Aqrar Sığorta Fondu
    • Məhsullarımız
      • Bitkiçilik
      • Heyvandarlıq
      • Akvakultura
    • Aqrar sığorta haqqında
    • Aqrar sığorta ilə bağlı maarifləndirici məlumatlar
  • Mətbuat
    Xəbərlər Fermerlərə məsləhət Hesabatlar Foto qalereya Video qalereya
  • Müraciətlər
    Əlaqə E-məktub yazmaq

Bitkiçilik

Hansı bitkilər sığortalana bilər?

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 15 yanvar  2020-ci il tarixli 7 saylı və 30 dekabr 2021-ci il tarixli 273 saylı qərarlarına əsasən, Naxçıvan Muxtar Respublikasında aqrar sığorta hazırda 36 adda bitkiçilik məhsullarını əhatə edir. Onlar aşağıdakılardır:

  1. buğda;
  2. arpa;
  3. qarğıdalı;
  4. kartof
  5. şəkər çuğunduru;
  6. limon;
  7. çəltik;
  8. tütün;
  9. üzüm;
  10. fındıq;
  11. günəbaxan;
  12. soya;
  13. yonca;
  14. noxud;
  15. yaşıl noxud;
  16. alça;
  17. albalı;
  18. alma;
  19. armud;
  20. çiyələk;
  21. ərik;
  22. gavalı;
  23. gilas;
  24. heyva;
  25. xurma;
  26. nar;
  27. şaftalı;
  28. badam;
  29. qoz(cəviz);
  30. soğan;
  31. kələm;
  32. qarpız;
  33. yemiş (qovun);
  34. pomidor;
  35. sarımsaq;
  36. darı.

Hansı risklərdən sığortalana bilər?

  • dolu;
  • yanğın;
  • zəlzələ;
  • torpaq sürüşməsi;
  • qasırğa;
  • fırtına;
  • sel və subasma;
  • leysan;
  • ildırım;
  • şaxtavurma (donvurma);
  • normadan artıq yağan qar yağıntıları;
  • üçüncü şəxslərin hərəkətləri.
  • Əlavə sığorta haqqı ödəməklə  limon və üzüm bitkilərinin məhsullarında dolu riski nəticəsində yaranan miqdar itkisi ilə yanaşı, keyfiyyət itkisinə də təminat verilə bilər.
  • Əlavə sığorta haqqı ödəməklə buğda və arpa bitkilərinin dən hissəsi ilə yanaşı, gövdə hissəsində də yaranan miqdar itkisinə təminat verilə bilər və bu təminat üzrə sığorta məbləği bitkinin dən hissəsi üzrə sığorta məbləğinin 40% çox ola bilməz.

Sığortanın predmeti

  • Aqrar sığorta predmeti olaraq aşağıdakı bitkiçilik məhsulları siğortalanır:

    - taxıllar, paxlalılar və yağlı bitkilərdə – dən

    - əsas məhsulu kök və dibində olan bitkilərdə - kök və dib;

    - əsas məhsulu yarpaq olan bitkilərdə - yarpaq;

    - meyvəsi yeyilən bitkilərdə - meyvə;

    - yem bitkilərində - bütün yaşıl hissə.

Sığorta haqqının ödənilməsi

  • Sığorta haqqı birdəfəlik və ya hissələrlə ödənilə bilər.
  • Sığorta haqqı aşağıdakı hissələrdən ibarətdir:
  1. sığortalı tərəfindən ödənilməli olan hissə;
  2. dövlət büdcəsinin vəsaiti hesabına ödənilən hissə, yəni sığorta haqqının 50%-i.
  • Sığorta müqaviləsində başqa cür nəzərdə tutulmamışdırsa sığorta haqqı birdəfəlik ödənilir.
  • Aqrar sığorta müqaviləsində sığorta haqqının hissə-hissə ödənilməsi nəzərdə tutulduğu halda sığorta haqqının ödənilməsi qaydası həmin müqavilədə müəyyən edilir. Hər bir halda sığortalı tərəfindən ödənilməli olan sığorta haqqının ilk hissəsi həmin məbləğin ən azı 25 faizini təşkil edir. Sığorta haqqının sığortalı tərəfindən ödənilməli olan hissəsinin tam ödənilməsi nəzərdə tutulduqda - hamısı, hissə-hissə ödənilməsi nəzərdə tutulduqda isə sığorta müqaviləsində müəyyən edilmiş ilk hissəsi aqrar sığorta müqaviləsinin bağlandığı gün ödənilir.
  • Aqrar sığorta müqaviləsində sığorta haqqının hissə hissə ödənilməsi nəzərdə tutulduqda sığorta müqaviləsi sığorta haqqının ilk hissəsinin ödənilməsindən sonra və ya sığorta haqqının tam ödənilməsi nəzərdə tutulduqda onun tam ödənilməsindən sonra qüvvəyə minir.

Sığorta hadisəsi olduqda

  • Sığorta hadisələri barədə məlumatı hadisənin baş vermə tarixindən 10 gün ərzində vasitəçi aqrar sığortaçıya və ya idarəedici quruma, eyni zamanda qanunvericiliyə uyğun olaraq, həmin hadisə barədə məlumatlandırılmalı olan digər səlahiyyətli dövlət orqanlarına məlumat verməlidir.

 

Azərbaycan Respublikası
Naxçıvan Muxtar Respublikası
Kənd Təsərrüfatı Nazirliyi

nagro.gov.az
  • Əsas səhifə
  • Əsasnamə
  • Struktur
  • Konstitusiyalar
  • Əlaqə
  • E-məktub yazmaq
  • Ünvan: Naxçıvan şəhəri, Xətai məhəlləsi, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi.

    Telefon  : 545-02-47
    Elektron-poçt  : office@nagro.gov.az
    © 2023 Tərtibat və proqramlaşdırma: Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi