• Nazirlik
    Əsasnamə Kollegiya
  • Qanunvericilik
    Konstitusiyalar
  • Aqrar Sığorta Fondu
    • Məhsullarımız
      • Bitkiçilik
      • Heyvandarlıq
      • Akvakultura
    • Aqrar sığorta haqqında
    • Aqrar sığorta ilə bağlı maarifləndirici məlumatlar
  • Mətbuat
    Xəbərlər Fermerlərə məsləhət Hesabatlar Foto qalereya Video qalereya
  • Müraciətlər
    Əlaqə E-məktub yazmaq Qəbul günləri
  • Əsas səhifə
  • Nazirlik
    Əsasnamə Kollegiya Struktur
  • Qanunvericilik
    Konstitusiyalar
  • Aqrar Sığorta Fondu
    • Məhsullarımız
      • Bitkiçilik
      • Heyvandarlıq
      • Akvakultura
    • Aqrar sığorta haqqında
    • Aqrar sığorta ilə bağlı maarifləndirici məlumatlar
  • Mətbuat
    Xəbərlər Fermerlərə məsləhət Hesabatlar Foto qalereya Video qalereya
  • Müraciətlər
    Əlaqə E-məktub yazmaq

Kənd təsərrüfatı sahəsində maarifləndirmə işləri davam etdirilib

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisləri tərəfindən Dövlət proqramlarında və verilmiş tapşırıqlarda qarşıya qoyulmuş vəzifələrin icrası istiqamətində fevral ayı ərzində kənd təsərrüfatının müxtəlif sahələri ilə bağlı tarla-seminar müşavirələri və maarifləndirmə tədbirləri həyata keçirilib.

“2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı təyinatlı torpaqların münbitliyinin artırılmasına dair Tədbirlər Planı”nın icrası istiqamətində nazirliyin əməkdaşları Naxçıvan şəhərində, Şərur, Babək, Kəngərli, Culfa rayonlarında torpaq mülkiyyətçiləri və sahibkarların iştirakı ilə seminar müşavirələr keçiriblər.

Mütəxəssislər tərəfindən ötən ay kənd təsərrüfatının müxtəlif sahələri ilə bağlı maarifləndirici tədbirlər keçirilib. Ay ərzində intensiv meyvə və üzüm bağlarının salınması qaydaları və yaz dövrü meyvə bağlarında həyata keçiriləcək tədbirlərlə bağlı 4, meyvə ağaclarının xəstəlik və zərərvericilərinə qarşı mübarizə tədbirlərinin aparılması ilə əlaqədar 9 torpaq mülkiyyətçisinin nazirliyə müraciəti əsasında onlara lazımi tövsiyələr verilməklə əməli köməkliklər göstərilib.Cari ildə yaz əkinlərinin optimal müddətdə keçirilməsində iştirak edəcək texnikaların texniki vəziyyəti nəzarətdə  saxlanılıb,texnika sahibləri və torpaq mülkiyyətçiləri ilə müasir  texnologiyalar tətbiq edilməklə əkinlərin keçirilməsinin üstünlükləri, səmərəliliyi və məhsuldarlığa təsiri mövzularında seminar-müşavirələr keçirilib.

Akademik Həsən Əliyev adına “Araz” Elm İstehsalat Birliyində Naxçıvan Dövlət Universitetinin “Kənd Təsərrüfatı və Təbiətşünaslıq” fakültəsinin “Torpaqşünaslıq və Aqrokimya” ixtisası üzrə təhsil alan IV kurs tələbələri birliyin Aqrokimya, torpaqşünaslıq və torpaqların kütləvi analizləri laboratoriyasında istehsalat təcrübəsinə başlayıb.Tələbələr, eyni zamanda ötən dövrdə birliyin həmin laboratoriyasında aparılan işlərin gedişini öyrənməyə və analizlərin aparılması zamanı əyani müşahidələr aparmağa cəlb ediliblər. Tələbələrə burada müasir tipli cihazlardan texniki təhlükəsizlik qaydalarına əməl etməklə reaktivlərdən düzgün istifadə  olunması qaydaları öyrədilib.Onlar torpaq mülkiyyətçilərinin gətirdikləri torpaq nümunələrindətorpaqməhlulunun reaksiyası, elektrikkeçiriciliyi, mexaniki tərkibi, humusun, azotun, fosforun, kaliumun təyini analizlərinin aparılmasında iştirak ediblər. Həmçinin tələbələrə torpaqların qida maddələri ilə təmin olunma dərəcələri haqqında məlumat verilərək analiz nəticəsində gübrə normalarının hesablanması da izah olunub.Birliyin laboratoriyasında Culfa rayonunun Gülüstan kənd sakini, torpaq mülkiyyətçisi Mirsalim Seyidovun gətirdiyi 2 torpaq nümunəsində analizlər aparılıb.Sonda nəticə aktı mülkiyyətçiyə təqdim edilib. Eyni zamanda Toxumçuluq və Bitkilərin Mühafizəsi İdarəsinin laboratoriyasına toxumçuluq təsərrüfatları və fermerlər tərəfindən gətirilən toxumlar analizdən keçirilib. Əkin sahələrində, meyvə və üzüm bağlarında xəstəlik və zərəvericilərə qarşı mübarizə aparılması üçün idarəyə müraciət edən 49 təsərrüfat sahibinə mütəxəssislər tərəfindən müvafiq məsləhətlər verilib.

 Hesabat ayında heyvandarlıqda faraş doğulan balalara zoobaytar qaydalarına uyğun qulluq edilməsi, heyvanlar arasında baytarlıq tədbirlərinin vaxtında aparılmasının və qış otlaqlarından səmərəli istifadə olunmasının əhəmiyyətiilə bağlı sahibkarlarla maarifləndirici müşavirələr, “2017-2022-ci illərdə  Naxçıvan  Muxtar  Respublikasında  arıçılığın  inkişafı  üzrə Dövlət Proqramı”nın və Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı ilə bağlı Tədbirlər Planının icrası ilə bağlı arıxanalarda yaz aylarında aparılacaq tədbirlərlə əlaqədar arıçılarla görüşlər keçirilib.

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı

Nazirliyinin mətbuat xidməti

Azərbaycan Respublikası
Naxçıvan Muxtar Respublikası
Kənd Təsərrüfatı Nazirliyi

nagro.gov.az
  • Əsas səhifə
  • Əsasnamə
  • Struktur
  • Konstitusiyalar
  • Əlaqə
  • E-məktub yazmaq
  • Ünvan: Naxçıvan şəhəri, Xətai məhəlləsi, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi.

    Telefon  : 545-02-47
    Elektron-poçt  : office@nagro.gov.az
    © 2025 Tərtibat və proqramlaşdırma: Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi.