• Nazirlik
    Əsasnamə Kollegiya Struktur
  • Qanunvericilik
    Konstitusiyalar
  • Aqrar Sığorta Fondu
    • Məhsullarımız
      • Bitkiçilik
      • Heyvandarlıq
      • Akvakultura
    • Aqrar sığorta haqqında
    • Aqrar sığorta ilə bağlı maarifləndirici məlumatlar
  • Mətbuat
    Xəbərlər Fermerlərə məsləhət Hesabatlar Foto qalereya Video qalereya
  • Müraciətlər
    Əlaqə E-məktub yazmaq Qəbul günləri
  • Əsas səhifə
  • Nazirlik
    Əsasnamə Kollegiya Struktur
  • Qanunvericilik
    Konstitusiyalar
  • Aqrar Sığorta Fondu
    • Məhsullarımız
      • Bitkiçilik
      • Heyvandarlıq
      • Akvakultura
    • Aqrar sığorta haqqında
    • Aqrar sığorta ilə bağlı maarifləndirici məlumatlar
  • Mətbuat
    Xəbərlər Fermerlərə məsləhət Hesabatlar Foto qalereya Video qalereya
  • Müraciətlər
    Əlaqə E-məktub yazmaq

Torpaq mülkiyyətçiləri ilə seminar-müşavirə keçirilib

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisləri tərəfindən Naxçıvan Şəhər İcra Hakimiyyəti ilə birlikdə Tumbul kəndində “Yaz-tarla işlərinin gedişi, yağlı bitkilərin əkilib-becərilməsi” mövzusunda torpaq mülkiyyətçiləri və sahibkarların iştirakı ilə seminar-müşavirə keçirilib.

Müşavirəni Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı Səyyad Əliyev açaraq aqrar sahənin inkişafından və bu sahəyə göstərilən dövlət dəstəyindən danışıb.

Müşavirədə Kənd Təsərrüfatı Nazirliyin baş məsləhətçisi Əli Hüseynov yaz əkinlərini  gedişi və yağ üçün qarğıdalı və günəbaxan bitkilərinin əhəmiyyətindən, əkilib becərilmə texnologiyasından danışaraq vurğulayıb ki, qarşıda duran ən mühüm vəzifələrdən biri də muxtar respublika əhalisini qarğıdalı və günəbaxan yağı  ilə təmin etməkdir. Şərur Sənaye Məhəlləsində bitki yağı emalı müəssisəsinin yaradılması və bu müəssisənin xammala olan tələbatının yerli istehsal hesabına ödənilməsi üçün yağlı bitkilərin əkin sahələrinin genişləndirilməsinə önəm verilməlidir. Qeyd olunub ki, qarğıdalı bitkisini  həm növbəli əkin tətbiq edilməklə, həm də bir necə il eyni sahədə əkilməklə becərmək mümkündür. Qarğıdalı bitkisi üçün ən yaxşı sələflər payızlıq taxıllar, birillik dənli-paxlalı bitkilər, kartof, şəkər çuğunduru və.s hesab olunur. Vegatasiya müddəti qısa olduğundan kövşənlik bitkisi kimi qarğıdalını payızlıq buğda və arpadan sonra əkib, eyni sahədən bir ildə iki dəfə məhsul götürmək mümkündür.

Nazirliyini aparıcı məsləhətçisi Famil Cəfərov günəbaxan bitkisinin becərilmə texnologiyası haqqında danışaraq qeyd edib ki, üzvi və mineral gübrələrdən, eləcədə keyfiyyətli  toxum materialından istifadə etmədən günəbaxan bitkisindən yüksək məhsul götürmək çətindir. Bunu nəzərə alaraq hektara 15-20 ton peyin, 200-300 kq superfosfat  gübrəsi verilməlidir. Günəbaxan bitkisi fosfor qidası ilə  yaxşı təmin olunduqda dənlərdə yağ faizi artır. Azot gübrəsi isə bitkinin boy atmasını sürətləndirir, iri yarpaqlar, gövdə və səbətlərin formalaşmasını təmin edir. Hazırda bu bitkilərin əkini üçün tam optimal müddət hesab edilir və artıq əkinlərinin keçirilməsinə başlanılmışdır. Qeyd olunmuşdur ki, əkinlərin keçirilməsi üçün keyfiyyətli toxum materialının “Naxçıvan Toxumçuluq Mərkəzi” Publik Hüquqi Şəxsinin toxum satışı mağazasında satışı təşkil olunur.

Nazirliyin aparıcı məsləhətçisi Məhəmməd Kərimov qarğıdalı və günəbaxan bitkilərinin əkininin aparılmasında texnika və avadanlıqların rolu haqqında sahibkarlara ətraflı məlumat verib. Qeyd olunub ki, muxtar respublikaya “Naxçıvan Aqrolizinq” ASC-nin xətti ilə hər il bu bitkilərin əkininin aparılması üçün kifayət qədər texnika və aqreqatlar alınıb gətirilir. Həmin texnikaların lizinq yolu ilə satışı təşkil olunur ki, bu da qarğıdalı və günəbaxan bitkilərinin əkininin və aqrotexniki tədbirlərinin aparılmasında əl əməyində istifadə etmədən yüksək məhsuldarlığa nail olunmasına imkan yaradır.

Sonda müşavirə iştirakçılarını maraqlandıran suallar cavablandırılıb və onlara mütəxəssislər tərəfindən hazırlanmış bukletlər paylanıb.

Naxçıvan  Muxtar Respublikası 
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti

 

Azərbaycan Respublikası
Naxçıvan Muxtar Respublikası
Kənd Təsərrüfatı Nazirliyi

nagro.gov.az
  • Əsas səhifə
  • Əsasnamə
  • Struktur
  • Konstitusiyalar
  • Əlaqə
  • E-məktub yazmaq
  • Ünvan: Naxçıvan şəhəri, Xətai məhəlləsi, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi.

    Telefon  : 545-02-47
    Elektron-poçt  : office@nagro.gov.az
    © 2025 Tərtibat və proqramlaşdırma: Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi.