• Nazirlik
    Əsasnamə Kollegiya Struktur
  • Qanunvericilik
    Konstitusiyalar
  • Aqrar Sığorta Fondu
    • Məhsullarımız
      • Bitkiçilik
      • Heyvandarlıq
      • Akvakultura
    • Aqrar sığorta haqqında
    • Aqrar sığorta ilə bağlı maarifləndirici məlumatlar
  • Mətbuat
    Xəbərlər Fermerlərə məsləhət Hesabatlar Foto qalereya Video qalereya
  • Müraciətlər
    Əlaqə E-məktub yazmaq Qəbul günləri
  • Əsas səhifə
  • Nazirlik
    Əsasnamə Kollegiya Struktur
  • Qanunvericilik
    Konstitusiyalar
  • Aqrar Sığorta Fondu
    • Məhsullarımız
      • Bitkiçilik
      • Heyvandarlıq
      • Akvakultura
    • Aqrar sığorta haqqında
    • Aqrar sığorta ilə bağlı maarifləndirici məlumatlar
  • Mətbuat
    Xəbərlər Fermerlərə məsləhət Hesabatlar Foto qalereya Video qalereya
  • Müraciətlər
    Əlaqə E-məktub yazmaq

Bələdiyyə sədrləri və bələdiyyə qulluqçularının iştirakı ilə seminar keçirilib

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı və Ədliyyə nazirliklərinin əməkdaşları tərəfindən Kəngərli rayonunda fəaliyyət göstərən bələdiyyə sədrləri və bələdiyyə qulluqçularının iştirakı ilə “Bələdiyyə mülkiyyətində olan torpaqların icarə hüququ ilə əldə edilməsi ərzaq bolluğunun yaradılmasında mühüm vasitədir” mövzusunda seminar keçirilib.

Seminarı giriş sözü ilə Kəngərli Rayon İcra Hakimiyyətinin şöbə müdiri Ağa Seyidov  açaraq muxtar respublikada yerli özünüidarə orqanlarının səmərəli fəaliyyət göstərməsi, vətəndaşların yerli əhəmiyyətli məsələlərin  qanun çərçivəsində yerinə yetirmələri sahəsində yaradılan əlverişli imkanlar barədə məlumat verib.

Seminarda Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçilik məhsullarının istehsalı, toxumçuluq və aqrokimyəvi xidmət şöbəsinin müdiri Xaliq Abbasov çıxış edərək bildirib ki, ailə əməyinə əsaslanan təsərrüfatların inkişafının dəstəklənməsi ərzaq bolluğunun yaradılmasında mühüm vasitədir. Qeyd olunub ki, əhalisinin əksəriyyətinin kəndlərdə məskunlaşdığı muxtar respublikamızda təsərrüfat sahiblərinə dövlət tərəfindən güzəştli kreditlərin verilməsi, eyni zamanda bələdiyyə torpaqlarından səmərəli istifadə nəticəsində son illərdə kənd yerlərində çoxsaylı ailə təsərrüfatları yaradılmışdır. Bu da öz növbəsində həmin ailələrin rifah halının yüksəldilməsinə və özünüməşğulluğa öz müsbət töhfəsini vermişdir. Bələdiyyələrin torpaq ehtiyatlarından istifadənin səmərəliliyinin yüksəldilməsi istehsalın artırılmasına və məhsul bolluğunun yaranmasına imkan verir. İstehsalın səviyyəsinin artması idxal olunan məhsulları yerli məhsullarla əvəz etməyə, meyvə-tərəvəz, taxıl, kartof və digər kənd təsərrüfatı məhsullarının istehsalını çoxaltmaqla əhalinin ərzaq təlabatın yaxşılaşdırmağa şərait yaratmışdır. Həmçinin vurğulanıb ki, hər bir torpaq mülkiyyətçisi əkin apararkən aqrotexniki tədbirlərə vaxtında və düzgün əməl etməlidir. Belə ki, əkinlərin optimal müddətdə aparılması, tarlaqoruyucu zolaqların salınması, rekultivasiya tədbirlərinin görülməsi, mütərəqqi suvarma üsullarına və su normalarına ciddi əməl edilməsi, fosfor, kalium və üzvi gübrələrdən istifadəyə üstünlük verilməsi məhsuldarlığın artırılmasına təsir edən əsas amillərdəndir.

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin əməkdaşları tərəfindən mövzu ətrafında çıxışlar edilərək “Bələdiyyə mülkiyyətində olan torpaqların icarə hüququ ilə əldə edilməsi ilə bağlı qanunvericiliyin tələbləri və qarşıya qoyulan vəzifələr” və “Bələdiyyə mülkiyyətinin idarə edilməsi ilə bağlı qanunvericiliyin tələbləri” haqqında iştirakçılara ətraflı məlumatlar verilib.

Sonda çıxışlar ətrafında müzakirələr aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Naxçıvan  Muxtar Respublikası 
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti

Azərbaycan Respublikası
Naxçıvan Muxtar Respublikası
Kənd Təsərrüfatı Nazirliyi

nagro.gov.az
  • Əsas səhifə
  • Əsasnamə
  • Struktur
  • Konstitusiyalar
  • Əlaqə
  • E-məktub yazmaq
  • Ünvan: Naxçıvan şəhəri, Xətai məhəlləsi, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi.

    Telefon  : 545-02-47
    Elektron-poçt  : office@nagro.gov.az
    © 2025 Tərtibat və proqramlaşdırma: Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi.