• Nazirlik
    Əsasnamə Kollegiya Struktur
  • Qanunvericilik
    Konstitusiyalar
  • Aqrar Sığorta Fondu
    • Məhsullarımız
      • Bitkiçilik
      • Heyvandarlıq
      • Akvakultura
    • Aqrar sığorta haqqında
    • Aqrar sığorta ilə bağlı maarifləndirici məlumatlar
  • Mətbuat
    Xəbərlər Fermerlərə məsləhət Hesabatlar Foto qalereya Video qalereya
  • Müraciətlər
    Əlaqə E-məktub yazmaq Qəbul günləri
  • Əsas səhifə
  • Nazirlik
    Əsasnamə Kollegiya Struktur
  • Qanunvericilik
    Konstitusiyalar
  • Aqrar Sığorta Fondu
    • Məhsullarımız
      • Bitkiçilik
      • Heyvandarlıq
      • Akvakultura
    • Aqrar sığorta haqqında
    • Aqrar sığorta ilə bağlı maarifləndirici məlumatlar
  • Mətbuat
    Xəbərlər Fermerlərə məsləhət Hesabatlar Foto qalereya Video qalereya
  • Müraciətlər
    Əlaqə E-məktub yazmaq

Torpaq mülkiyyətçilərinin iştirakı ilə tarla-seminar müşavirəsi keçirilib

    Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisləri tərəfindən Babək Rayon İcra Hakimiyyəti ilə birlikdə rayonun Cəhri qəsəbəsində torpaq mülkiyyətçilərinin iştirakı ilə  “Dövlət proqramlarında qarşıya qoyulan vəzifələrin icrası və payızlıq taxıllara yemləmə gübrəsinin verilməsinin əhəmiyyəti”  mövzusunda  tarla-seminar müşavirəsi keçirilib.

   Müşavirəni Babək Rayon İcra Hakimiyyətinin nümayəndəsi Budaq Yusifov açaraq rayonda taxılçılığın inkişafına göstərilən dövlət dəstəyindən danışıb.

    Kənd Təsərrüfatı Nazirliyinin baş məsləhətçisi Fəxrəddin Əliyev kənd təsərrüfatı təyinatlı torpaqların münbitliyinin artırılmasından danışaraq qeyd edib ki, növbəli əkinlərə üstünlük verilməli, mütəmadi olaraq üzvi və mineral gübrələr elmi əsaslarla tətbiq edilməlidir. Torpağın münbitliyini artırmaq üçün bitki və heyvan mənşəli üzvi gübrələrdən peyin, torf, quş zılı, kompostlar, müxtəlif təsərrüfat tullantıları və yaşıl gübrələrdən istifadə edilməsi çox əhəmiyyətlidir. Həmçinin ailə təsərrüfatlarında intensiv üzüm bağlarının salınmasının aqrotexnikası və dövlət tərəfindən hər hektar üzüm bağının salınmasına görə verilən subsidiyalarla bağlı iştirakçılara ətraflı məlumat verilib.

    Nazirliyin baş məsləhətçisi Əli Hüseynov taxıllara yemləmə gübrəsinin  verilməsinin əhəmiyyətindən qanışaraq bildirib ki, payızlıq taxılların vaxtında azot gübrəsi ilə əlavə yemləndirilməsi bitkilərin böyüməsini gücləndirir və nəticədə bitkilər payız-yaz dövründə torpaqda toplanmış sudan daha intensiv surətdə istifadə edirlər. Bundan başqa, erkən yazda payızlıq taxılların gübrələnməsi onlara torpağın qida maddələrindən də səmərəli istifadə etməsinə imkan yaradır. Mütəxəssis vurğulayıb ki, yazda azot gübrəsinin yemləmə şəklində iki dəfə verilməsi payızlıq taxılların erkən yazda kollanmasına, boy atmasına və məhsuldarlığının yüksəlməsinə öz təsirini göstərir.

    Nazirliyin aparıcı məsləhətçisi Famil Cəfərov muxtar respublikada ailə təsərrüfatlarının inkişaf etdirilməsindən və ərzaq təhlükəsizliyinin təmin olunmasında qabaqcıl təsərrüfatların rolundan danışıb.  

  Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və onlara maarifləndirici bukletlər təqdim olunub.

Naxçıvan  Muxtar Respublikası 
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti

Azərbaycan Respublikası
Naxçıvan Muxtar Respublikası
Kənd Təsərrüfatı Nazirliyi

nagro.gov.az
  • Əsas səhifə
  • Əsasnamə
  • Struktur
  • Konstitusiyalar
  • Əlaqə
  • E-məktub yazmaq
  • Ünvan: Naxçıvan şəhəri, Xətai məhəlləsi, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi.

    Telefon  : 545-02-47
    Elektron-poçt  : office@nagro.gov.az
    © 2025 Tərtibat və proqramlaşdırma: Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi.