Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Baytarlıq Xidməti və Dövlət Sığorta Xidməti Publik Hüquqi Şəxsi əməkdaşlarının, həmçinin Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondunun nümayəndəsinin iştirakı ilə Şərur rayonunda özünüməşğulluq proqramına cəlb edilən yerli sakinlərlə növbəti görüş keçirilib.
Tədbirdə iştirak edən digər dövlət qurumlarının əməkdaşları tərəfindən mövzu ətrafında çıxışlar edilərək sakinlərə verilmiş aktivlərdən təyinatına uyğun istifadə edilməsi, sığorta obyekti ilə bağlı itkilərin və ya zərərlərin yaranmasına səbəb ola biləcək hadisələrin baş verməsi ehtimalı, həmçinin bu ehtimala qarşı sığortaçının üzərinə götürdüyü öhdəliklər və digər zəruri işlərlə bağlı məlumatlar verilib. Əlavə olaraq, mövcud ailə təsərrüfatlarının fəaliyyətinin genişləndirilməsinə dair dəstək tədbirlərinin icrası ilə bağlı müzakirələr aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Naxçıvan Muxtar Respublikası
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti
Ünvan: Naxçıvan şəhəri, Xətai məhəlləsi, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi.