Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Fitosanitar nəzarəti, bitkilərin mühafizəsi və karantini şöbəsinin əməkdaşları tərəfindən muxtar respublikada əkin sahələrində, meyvə bağlarında və yaşıllıq zolaqlarında müşahidələr aparılaraq siçan və siçanabənzər gəmiricilər olan sahələr müəyyənləşdirilib.
Şöbə əməkdaşları “Sink-fosfid” zəhərli preparatından istifadə edərək aldadıcı yem hazırlayıb. Aldadıcı yem bir sıra əkin sahələri və yaşıllıq zolarlarında siçan və siçanabənzər gəmricilərin yuvalarına qoyularaq yuvaların ağzını bağlamaqla kimyəvi mübarizə tədbiri aparılıb. Kimyəvi mübarizə tədbirləri aparılarkən təhlükəsizlik qaydalarına əməl olunmuşdur.
Naxçıvan Muxtar Respublikası
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti
Ünvan: Naxçıvan şəhəri, Xətai məhəlləsi, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi.