• Nazirlik
    Əsasnamə Kollegiya Struktur
  • Qanunvericilik
    Konstitusiyalar
  • Aqrar Sığorta Fondu
    • Məhsullarımız
      • Bitkiçilik
      • Heyvandarlıq
      • Akvakultura
    • Aqrar sığorta haqqında
    • Aqrar sığorta ilə bağlı maarifləndirici məlumatlar
  • Mətbuat
    Xəbərlər Fermerlərə məsləhət Hesabatlar Foto qalereya Video qalereya
  • Müraciətlər
    Əlaqə E-məktub yazmaq Qəbul günləri
  • Əsas səhifə
  • Nazirlik
    Əsasnamə Kollegiya Struktur
  • Qanunvericilik
    Konstitusiyalar
  • Aqrar Sığorta Fondu
    • Məhsullarımız
      • Bitkiçilik
      • Heyvandarlıq
      • Akvakultura
    • Aqrar sığorta haqqında
    • Aqrar sığorta ilə bağlı maarifləndirici məlumatlar
  • Mətbuat
    Xəbərlər Fermerlərə məsləhət Hesabatlar Foto qalereya Video qalereya
  • Müraciətlər
    Əlaqə E-məktub yazmaq

Şərur rayonunda Regional Fermer Təlim Mərkəzi istifadəyə verilib

Bu məqsədlə rayon icra hakimiyyətinin əməkdaşlarının və fermerlərin iştirakı ilə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası kənd təsərrüfatı nazirinin müavini, nazir vəzifələrini icra edən Xəyalə Dadaşova kənd təsərrüfatının inkişafında fermerlərin mühüm rol oynadıqlarını bildirib. Vurğulayıb ki, bu səbəbdən onların bilik və bacarıqlarının artırılması, eləcə də aqrar sektor üzrə dünyada baş verən yeniliklərdən xəbərdar olması xüsusi əhəmiyyət kəsb edir. Bu amil nəzərə alınaraq Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi tərəfindən mütəmadi olaraq təlimlər keçirilir, fermerlərin maarifləndirilməsi diqqətdə saxlanılır.

Qeyd olunub ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda da fermerlərin aqrar sahədə bilik və təcrübələrinin artırılması əsas hədəflərdən biri kimi müəyyən edilərək Regional Fermer Təlim Mərkəzlərinin yaradılması tapşırığı verilib. Dövlət Proqramının icrasını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyində aparılmış struktur islahatı nəticəsində yaradılan 3 regional mərkəz - Naxçıvan, Şərur və Culfa Regional Dövlət Aqrar İnkişaf mərkəzlərinin inzibati binalarında Regional Fermer Təlim mərkəzləri yaradılıb. Naxçıvan şəhərindəki Təlim Mərkəzi Naxçıvan şəhəri, Babək və Şahbuz rayonlarından olan fermerləri, Culfa rayonundakı Təlim Mərkəzi Ordubad və Culfa rayonlarından olan fermerləri, Şərur rayonundakı Təlim Mərkəzi isə Şərur, Kəngərli və Sədərək rayonlarından olan fermerləri əhatə edir.

Növbəti günlərdə Naxçıvan şəhərində və Culfa rayonunda da Regional Fermer Təlim mərkəzlərinin fəaliyyətə başlayacağını deyən nazir müavini təlim mərkəzlərinin fermerlərin yerində təlimlərə cəlb edilməsinə şərait yaratmaqla muxtar respublikada təcrübəli və bacarıqlı kənd təsərrüfatı məhsulları istehsalçılarının formalaşmasına mühüm töhfə verəcəyini qeyd edib.

Sonra Regional Təlim Mərkəzinə baxış olub, ilk təlim keçirilib.

Məlumat verilib ki, təlim mərkəzi eyni anda 80 fermerin təlim keçməsinə imkan verir. Təlimlər həm əyani, həm də onlayn formada təşkil ediləcək. Kənd təsərrüfatının müxtəlif sahələrini əhatə edəcək təlimlər Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı nazirliklərinin, o cümlədən tabeli qurumlarının mütəxəssisləri tərəfindən keçiriləcək. Təlimlərdə fermerlər nəzəri biliklər əldə etməklə yanaşı, praktiki bacarıqlara yiyələnmək imkanı da əldə edəcəklər.

Azərbaycan Respublikası
Naxçıvan Muxtar Respublikası
Kənd Təsərrüfatı Nazirliyi

nagro.gov.az
  • Əsas səhifə
  • Əsasnamə
  • Struktur
  • Konstitusiyalar
  • Əlaqə
  • E-məktub yazmaq
  • Ünvan: Naxçıvan şəhəri, Xətai məhəlləsi, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi.

    Telefon  : 545-02-47
    Elektron-poçt  : office@nagro.gov.az
    © 2025 Tərtibat və proqramlaşdırma: Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi.