• Nazirlik
    Əsasnamə Kollegiya Struktur
  • Qanunvericilik
    Konstitusiyalar
  • Aqrar Sığorta Fondu
    • Məhsullarımız
      • Bitkiçilik
      • Heyvandarlıq
      • Akvakultura
    • Aqrar sığorta haqqında
    • Aqrar sığorta ilə bağlı maarifləndirici məlumatlar
  • Mətbuat
    Xəbərlər Fermerlərə məsləhət Hesabatlar Foto qalereya Video qalereya
  • Müraciətlər
    Əlaqə E-məktub yazmaq Qəbul günləri
  • Əsas səhifə
  • Nazirlik
    Əsasnamə Kollegiya Struktur
  • Qanunvericilik
    Konstitusiyalar
  • Aqrar Sığorta Fondu
    • Məhsullarımız
      • Bitkiçilik
      • Heyvandarlıq
      • Akvakultura
    • Aqrar sığorta haqqında
    • Aqrar sığorta ilə bağlı maarifləndirici məlumatlar
  • Mətbuat
    Xəbərlər Fermerlərə məsləhət Hesabatlar Foto qalereya Video qalereya
  • Müraciətlər
    Əlaqə E-məktub yazmaq

Naxçıvanda yeni salınan tut bağlarına aqrotexniki qulluq göstərilib, yeni tinglər əkilib

Muxtar respublikanın rayonlarında həyata keçirilən tədbirlər çərçivəsində tut bağlarına aqrotexniki qulluq göstərilməklə budama işləri aparılıb, faiz nisbəti ilə kiçik həcmdə qurumuş bitkilər eyni növ tinglərlə əvəz edilib.

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq olunan “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda qarşıya qoyulan vəzifələr sırasında baramaçılıq və ipəkçiliyin inkişafı prioritet kimi qeyd edilib. Proqramın icrasına uyğun olaraq baramaçılıqda yem bazasının gücləndirilməsi məqsədilə ötən dövrdə Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi, eləcə də rayon və şəhər icra hakimiyyətlərinin vasitəsilə yeni tut bağları salınıb, 20 min tut tingi əkilib. Həmçinin Kənd Təsərrüfatı Nazirliyi tərəfindən tender müsabiqəsi vasitəsilə alınan 18 min 381 tut tinginin də muxtar respublikanın bütün bölgələrində əkini aparılıb.

Qeyd edək ki, ötən il 30 qutu əsasında barama istehsal olunub. Cari ildə isə 40 qutu ipəkqurdu toxumunun gətirilməsi planlaşdırılır.

Azərbaycan Respublikası
Naxçıvan Muxtar Respublikası
Kənd Təsərrüfatı Nazirliyi

nagro.gov.az
  • Əsas səhifə
  • Əsasnamə
  • Struktur
  • Konstitusiyalar
  • Əlaqə
  • E-məktub yazmaq
  • Ünvan: Naxçıvan şəhəri, Xətai məhəlləsi, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi.

    Telefon  : 545-02-47
    Elektron-poçt  : office@nagro.gov.az
    © 2025 Tərtibat və proqramlaşdırma: Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi.