“Naxçıvan Aqrosevis” ASC-nin sədri Cavid Ağaməliyev və Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin sektor müdiri Xəyyam Zülfüqarlı Türkiyənin ən böyük və Avropanın dörd ən böyük kənd təsərrüfatı sərgisi arasında yer alan Agroexpo Beynəlxalq Kənd Təsərrüfatı və Heyvandarlıq Sərgisində iştirak ediblər
Sərgi çərçivəsində müxtəlif şirkətlərdən olan nümayəndələrlə görüşlər keçirilib, əməkdaşlıq məsələləri müzakirə olunub
Qeyd edək ki, sərgini Türkiyənin bütün bölgələrindən və dünyanın hər yerindən fermerlər, yerli və xarici mütəxəssislər və sektor nümayəndələri ziyarət edirlər.
Ünvan: Naxçıvan şəhəri, Xətai məhəlləsi, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi.