“Ötən dövrdə Akademik Həsən Əliyev adına Naxçıvan Kənd Təsərrüfatı Elmi-Tədqiqat İnstitutunun fəaliyyətinin təkmilləşdirilməsi, Azərbaycan Respublikası Kənd Təsərrrüfatı Nazirliyi ilə elmi-tədqiqat sahəsində təcrübə mübadiləsinin aparılması üçün müxtəlif iclaslar keçirilib, müzakirələr aparılıb. Müzakirələrin nəticəsində Naxçıvan Kənd Təsərrüfatı Elmi-Tədqiqat İnstitutunun 2024-2028-ci illər üzrə elmi-tədqiqat işlərinin mövzu planı hazırlanıb, 9 sektorda elmi-tədqiqat işlərinə başlanılıb. Həmçinin yaz əkinləri üçün müxtəlif elmi tədqiqat institutlarından sertifikatli toxum materialları əldə olunub. Hazırda əkinə hazırlıq işləri aparılır və intensiv becərmə texnologiyası ilə tədqiqat işləri aparılacaq.”
Bu fikirləri Akademik Həsən Əliyev adına Naxçıvan Kənd Təsərrüfatı Elmi-Tədqiqat İnstitutu tərəfindən keçirilən “Buğda və arpa əkinçiliyi” mövzusundakı elmi seminarda institutun direktoru Günel Seyidzadə səsləndilib.
Seminarda institut əməkdaşlarının mövzu ətrafında məruzələri dinlənilib, geniş müzakirələr aparılıb.
Ünvan: Naxçıvan şəhəri, Xətai məhəlləsi, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi.