• Nazirlik
    Əsasnamə Kollegiya Struktur
  • Qanunvericilik
    Konstitusiyalar
  • Aqrar Sığorta Fondu
    • Məhsullarımız
      • Bitkiçilik
      • Heyvandarlıq
      • Akvakultura
    • Aqrar sığorta haqqında
    • Aqrar sığorta ilə bağlı maarifləndirici məlumatlar
  • Mətbuat
    Xəbərlər Fermerlərə məsləhət Hesabatlar Foto qalereya Video qalereya
  • Müraciətlər
    Əlaqə E-məktub yazmaq Qəbul günləri
  • Əsas səhifə
  • Nazirlik
    Əsasnamə Kollegiya Struktur
  • Qanunvericilik
    Konstitusiyalar
  • Aqrar Sığorta Fondu
    • Məhsullarımız
      • Bitkiçilik
      • Heyvandarlıq
      • Akvakultura
    • Aqrar sığorta haqqında
    • Aqrar sığorta ilə bağlı maarifləndirici məlumatlar
  • Mətbuat
    Xəbərlər Fermerlərə məsləhət Hesabatlar Foto qalereya Video qalereya
  • Müraciətlər
    Əlaqə E-məktub yazmaq

Şahbuz rayonunda seminar-müşavirə keçirilib

        Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı təyinatlı torpaqların münbitliyinin artırılmasına dair Tədbirlər Planı”na uyğun olaraq Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin və Şahbuz Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə rayonun Daylaqlı kəndində torpaq mülkiyyətçiləri, bələdiyyələr və sahibkarların iştirakı ilə seminar-müşavirə keçirilib.

     Müşavirəni giriş sözü ilə Şahbuz Rayon İcra Hakimiyyətinin şöbə müdiri Söhrab Kərimov açaraq rayonda aqrar sahəyə göstərilən dövlət qayğısından danışıb və tədbirin əhəmiyyəti barədə məlumat verib.

        Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Xaliq Abbasov aqrar sahədə qəbul edilən dövlət proqramlarının icra vəziyyətindən danışıb və qeyd edib ki, hər bir torpaq mülkiyyətçisi əkin apararkən aqrotexniki tədbirlərə vaxtında və düzgün əməl etməlidir. İştirakçıların diqqətinə çatdırılıb ki, əkinlərin optimal müddətdə aparılması, tarlaqoruyucu zolaqların salınması, rekultivasiya tədbirlərinin görülməsi, mütərəqqi suvarma üsullarına və su normalarına ciddi əməl edilməsi, fosfor, kalium və üzvi gübrələrdən istifadəyə üstünlük verilməsi məhsuldarlığın artırılmasına təsir edən əsas amillərdir.

      Müşavirədə iştirak edən digər dövlət qurumlarının nümayəndələri tərəfindən torpaqların münbitliyinin qorunmasının əhəmiyyəti və onun artırılması yolları, torpaqlardan səmərəli istifadə və torpaq mülkiyyətçilərinin mülkiyyət hüquqları, gübrələrdən düzgün istifadənin məhsuldarlıqda əsas amil olması barədə iştirakçılara ətraflı məlumat verilib.

      Sonda çıxışlar ətrafında müzakirələr aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Naxçıvan  Muxtar Respublikası
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti

Azərbaycan Respublikası
Naxçıvan Muxtar Respublikası
Kənd Təsərrüfatı Nazirliyi

nagro.gov.az
  • Əsas səhifə
  • Əsasnamə
  • Struktur
  • Konstitusiyalar
  • Əlaqə
  • E-məktub yazmaq
  • Ünvan: Naxçıvan şəhəri, Xətai məhəlləsi, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi.

    Telefon  : 545-02-47
    Elektron-poçt  : office@nagro.gov.az
    © 2025 Tərtibat və proqramlaşdırma: Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi.