Görüşdə keyfiyyətli əkin həyata keçirilməsinin əhəmiyyətindən bəhs edilib, əkinlərə düzgün aqrotexniki qulluq göstərilməsi ilə bağlı tövsiyələr verilib. Həmçinin kənd təsərrüfatı məhsulları istehsalçılarına dəstək məqsədilə həyata keçirilən tədbirlər diqqətə çatdırılıb, suallar cavablandırılıb.
Məlumat verilib ki, keçən il istehsalçıların çoxu sertifikatı olmayan, dərmanlanmamış toxumlardan istifadə edib. Təbii ki, bu kimi toxumlar da məhsuldarlığın aşağı olmasına səbəb olur. Hazırda muxtar respublikada ilk dəfə payızlıq əkinlər üçün dövlət dəstəyi hesabına toxumluq buğda və arpa ehtiyatı yaradılıb. Toxumlar sertifikatlıdır, dövlət reyestrinə alınıb. Təcrübədə istifadə olunur və yaxşı nəticələr əldə edilir. Gətirilən buğda sortu “Alekseiç”, arpa sortu isə “Qarabağ-22”dir.
Görüş Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Yerli Qurumlar və sahibkarlıq subyektləri ilə iş sektoru və Naxçıvan Regional Dövlət Aqrar İnkişaf Mərkəzi tərəfindən keçirilib.
Ünvan: Naxçıvan şəhəri, Xətai məhəlləsi, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi.