• Nazirlik
    Əsasnamə Kollegiya Struktur
  • Qanunvericilik
    Konstitusiyalar
  • Aqrar Sığorta Fondu
    • Məhsullarımız
      • Bitkiçilik
      • Heyvandarlıq
      • Akvakultura
    • Aqrar sığorta haqqında
    • Aqrar sığorta ilə bağlı maarifləndirici məlumatlar
  • Mətbuat
    Xəbərlər Fermerlərə məsləhət Hesabatlar Foto qalereya Video qalereya
  • Müraciətlər
    Əlaqə E-məktub yazmaq Qəbul günləri
  • Əsas səhifə
  • Nazirlik
    Əsasnamə Kollegiya Struktur
  • Qanunvericilik
    Konstitusiyalar
  • Aqrar Sığorta Fondu
    • Məhsullarımız
      • Bitkiçilik
      • Heyvandarlıq
      • Akvakultura
    • Aqrar sığorta haqqında
    • Aqrar sığorta ilə bağlı maarifləndirici məlumatlar
  • Mətbuat
    Xəbərlər Fermerlərə məsləhət Hesabatlar Foto qalereya Video qalereya
  • Müraciətlər
    Əlaqə E-məktub yazmaq

Naxçıvan Regional Dövlət Aqrar İnkişaf Mərkəzinin sektor müdiri, direktor vəzifələrini müvəqqəti icra edən Fariz Şıxəliyev Şahbuz rayonunun ictimaiyyətinə təqdim edilib

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Vüsal İbrahimov 2023-cü ilin ötən dövründə Kənd Təsərrüfatı Nazirliyində aparılan struktur islahatları barədə məlumat verib. Qeyd olunub ki, nazirliyin tərkibində Naxçıvan, Şərur və Culfa Regional Dövlət  Aqrar İnkişaf Mərkəzləri, “Naxçıvan Aqrar İstehsalat, Tədarük və Təchizat” ASC, Naxçıvan Aqrar Xidmətlər Mərkəzi, Naxçıvan Kənd Təsərrüfatı Laboratoriyaları Mərkəzi, Akademik Həsən Əliyev adına “Araz” Elmi-İstehsalat Birliyinin və Toxumçuluq və Bitkilərin Mühafizəsi İdarəsinin bazasında Akademik Həsən Əliyev adına Naxçıvan Kənd Təsərrüfatı Elmi-Tədqiqat İnstitutu yaradılıb. Həmçinin Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidməti ləğv edilərək nazirliyin tərkibinə verilib.

Yeni yaradılan regional dövlət  aqrar inkişaf mərkəzləri barədə də danışan aparat rəhbəri qeyd edib ki, Naxçıvan Regional Dövlət Aqrar İnkişaf Mərkəzi Naxçıvan şəhəri, Babək və Şahbuz rayonlarını əhatə edir. Mərkəzdə bitkiçiliyin və heyvandarlığın təşkili, meliorasiya və irriqasiya məsələləri, örüş və otlaqlara nəzarət və s. bu kimi məsələlər tənzimlənəcək.

Vüsal İbrahimov bütün bunların həm muxtar respublikada kənd təsərrüfatının inkişafına, həm də bu sahədə fəaliyyət göstərən insanların işlərinin xeyli asanlaşmasına səbəb olacağını diqqətə çatdırıb.

Sonra Naxçıvan Regional Dövlət Aqrar İnkişaf Mərkəzinin sektor müdiri, direktor vəzifələrini müvəqqəti icra edən Fariz Şıxəliyev rayon ictimaiyyətinə təqdim edilib. Bildirilib ki, Fariz Şıxəliyev  bundan öncə Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətində çalışıb.

Fariz Şıxəliyev göstərilən etimada görə minnətdarlığını bildirib, qarşıya qoyulan vəzifələr barədə məlumat verib.

Azərbaycan Respublikası
Naxçıvan Muxtar Respublikası
Kənd Təsərrüfatı Nazirliyi

nagro.gov.az
  • Əsas səhifə
  • Əsasnamə
  • Struktur
  • Konstitusiyalar
  • Əlaqə
  • E-məktub yazmaq
  • Ünvan: Naxçıvan şəhəri, Xətai məhəlləsi, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi.

    Telefon  : 545-02-47
    Elektron-poçt  : office@nagro.gov.az
    © 2025 Tərtibat və proqramlaşdırma: Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi.