• Nazirlik
    Əsasnamə Kollegiya Struktur
  • Qanunvericilik
    Konstitusiyalar
  • Aqrar Sığorta Fondu
    • Məhsullarımız
      • Bitkiçilik
      • Heyvandarlıq
      • Akvakultura
    • Aqrar sığorta haqqında
    • Aqrar sığorta ilə bağlı maarifləndirici məlumatlar
  • Mətbuat
    Xəbərlər Fermerlərə məsləhət Hesabatlar Foto qalereya Video qalereya
  • Müraciətlər
    Əlaqə E-məktub yazmaq Qəbul günləri
  • Əsas səhifə
  • Nazirlik
    Əsasnamə Kollegiya Struktur
  • Qanunvericilik
    Konstitusiyalar
  • Aqrar Sığorta Fondu
    • Məhsullarımız
      • Bitkiçilik
      • Heyvandarlıq
      • Akvakultura
    • Aqrar sığorta haqqında
    • Aqrar sığorta ilə bağlı maarifləndirici məlumatlar
  • Mətbuat
    Xəbərlər Fermerlərə məsləhət Hesabatlar Foto qalereya Video qalereya
  • Müraciətlər
    Əlaqə E-məktub yazmaq

Naxçıvanda 1702 kənd təsərrüfatı məhsulları istehsalçısına yazlıq əkin üçün subsidiya verilməsinə başlanılıb

Bu barədə Aqrar Subsidiya Şurasının keçirilən növbəti iclasında bildirilib.

İclasın gündəliyində duran məsələ kənd təsərrüfatı məhsulları istehsalçılarına yazlıq əkinlər üzrə nəzərdə tutulan subsidiya məbləğinin 25 fazinin ödənilməsi olub. Qeyd olunub ki, ötən dövrdə yaz əkinləri üçün subsidiya almaq məqsədilə təqdim olunan sənədlərin araşdırılması zamanı bir sıra nöqsanlar aşkarlanıb. Buna baxmayaraq keçid dövrü nəzərə alınıb, istehsalçılar subsidiyadan məhrum edilməyiblər.

Qeyd edilib ki, artıq növbəti mövsümdə sənədləri düzgün formalaşdırılmayan, torpaqları analiz edilməyən təsərrüfat sahiblərinə subsidiyalar verilməyəcək. Subsidiyalarla bağlı sənədləşdirmə məsələlərində bundan sonra rayon, şəhər icra hakimiyyəti orqanları ilə birlikdə Naxçıvan, Şərur və Culfa Regional Dövlət Aqrar İnkişaf Mərkəzləri də müvafiq tənzimləmələr aparacaq, istehsalçılara bu istiqamətdə dəstək göstərəcəklər.

Sonra müzakirələr aparılıb, muxtar respublika üzrə  1702 nəfər kənd təsərrüfatı məhsulları istehsalçıları tərəfindən 1918,825 hektar sahədə aparılan yaz əkinləri üçün, ümumilikdə,  93927,40 manat məbləğində subsidiya verilməsi müəyyənləşdirilib.

 

Azərbaycan Respublikası
Naxçıvan Muxtar Respublikası
Kənd Təsərrüfatı Nazirliyi

nagro.gov.az
  • Əsas səhifə
  • Əsasnamə
  • Struktur
  • Konstitusiyalar
  • Əlaqə
  • E-məktub yazmaq
  • Ünvan: Naxçıvan şəhəri, Xətai məhəlləsi, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi.

    Telefon  : 545-02-47
    Elektron-poçt  : office@nagro.gov.az
    © 2023 Tərtibat və proqramlaşdırma: Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi