• Nazirlik
    Əsasnamə Kollegiya Struktur
  • Qanunvericilik
    Konstitusiyalar
  • Aqrar Sığorta Fondu
    • Məhsullarımız
      • Bitkiçilik
      • Heyvandarlıq
      • Akvakultura
    • Aqrar sığorta haqqında
    • Aqrar sığorta ilə bağlı maarifləndirici məlumatlar
  • Mətbuat
    Xəbərlər Fermerlərə məsləhət Hesabatlar Foto qalereya Video qalereya
  • Müraciətlər
    Əlaqə E-məktub yazmaq Qəbul günləri
  • Əsas səhifə
  • Nazirlik
    Əsasnamə Kollegiya Struktur
  • Qanunvericilik
    Konstitusiyalar
  • Aqrar Sığorta Fondu
    • Məhsullarımız
      • Bitkiçilik
      • Heyvandarlıq
      • Akvakultura
    • Aqrar sığorta haqqında
    • Aqrar sığorta ilə bağlı maarifləndirici məlumatlar
  • Mətbuat
    Xəbərlər Fermerlərə məsləhət Hesabatlar Foto qalereya Video qalereya
  • Müraciətlər
    Əlaqə E-məktub yazmaq

Şərur Regional Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru vəzifəsinə təyin olunan Həbib İbrahimov rayon ictimaiyyətinə təqdim edilib

Bu münasibətlə keçirilən tədbirdə Şərur Rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov rayonda aqrar səhənin mövcud vəziyyəti, eləcə də aparılan əkinlər barədə məlumat verib. Qeyd olunub ki, Şərurda 12 min 562 hektar sahədə əkin aparılıb ki, onun da 4189 hektarını taxıl təşkil edib. Biçilən taxıl sahələrindən ümumilikdə 16 min 149.6 ton məhsul əldə edilib, məhsuldarlıq 38.6 sentner olub. Bu da muxtar respublika üzrə ən yüksək göstəricidir.

“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”ndan da danışan icra başçısı bildirib ki, dövlət proqramının icrası, o cümlədən aqrar sahədə aparılan struktur islahatları, regional dövlət aqrar inkişaf mərkəzləri ilə yanaşı yaradılan digər yeni qurumlar muxtar respublikada kənd təsərrüfatının inkişafında mühüm rol oynayacaq.

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Vüsal İbrahimov Şərur Regional Dövlət Aqrar İnkişaf Mərkəzinin fəaliyyət istiqamətləri barədə danışıb. Bildirilib ki, mərkəz Şərur, Kəngərli və Sədərək rayonlarını əhatə edir. Mərkəz nazirliklə fermerlərin, ailə təsərrüfatçılarının, aqrar sektorda fəaliyyət göstərən sahibkarların əlaqəli işini təmin edəcək. Artıq vətəndaşlar Kənd Təsərrüfatı  Nazirliyinin səlahiyyətlərinə daxil olan məsələlərlə bağlı uzun yol qət etmədən birbaşa bu mərkəzə müraciət edəcəklər.

Sonra Şərur Regional Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru vəzifəsinə təyin olunan Həbib İbrahimov rayon ictimaiyyətinə  təqdim olunub. Qeyd olunub ki, Həbib İbrahimov bundan öncə Sədərək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.

Həbib İbrahimov göstərilən etimada görə minnətdarlığını bildirib, qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirəcəyini qeyd edib.

 

 

 

Azərbaycan Respublikası
Naxçıvan Muxtar Respublikası
Kənd Təsərrüfatı Nazirliyi

nagro.gov.az
  • Əsas səhifə
  • Əsasnamə
  • Struktur
  • Konstitusiyalar
  • Əlaqə
  • E-məktub yazmaq
  • Ünvan: Naxçıvan şəhəri, Xətai məhəlləsi, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi.

    Telefon  : 545-02-47
    Elektron-poçt  : office@nagro.gov.az
    © 2023 Tərtibat və proqramlaşdırma: Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi