• Nazirlik
    Əsasnamə Kollegiya Struktur
  • Qanunvericilik
    Konstitusiyalar
  • Aqrar Sığorta Fondu
    • Məhsullarımız
      • Bitkiçilik
      • Heyvandarlıq
      • Akvakultura
    • Aqrar sığorta haqqında
    • Aqrar sığorta ilə bağlı maarifləndirici məlumatlar
  • Mətbuat
    Xəbərlər Fermerlərə məsləhət Hesabatlar Foto qalereya Video qalereya
  • Müraciətlər
    Əlaqə E-məktub yazmaq Qəbul günləri
  • Əsas səhifə
  • Nazirlik
    Əsasnamə Kollegiya Struktur
  • Qanunvericilik
    Konstitusiyalar
  • Aqrar Sığorta Fondu
    • Məhsullarımız
      • Bitkiçilik
      • Heyvandarlıq
      • Akvakultura
    • Aqrar sığorta haqqında
    • Aqrar sığorta ilə bağlı maarifləndirici məlumatlar
  • Mətbuat
    Xəbərlər Fermerlərə məsləhət Hesabatlar Foto qalereya Video qalereya
  • Müraciətlər
    Əlaqə E-məktub yazmaq

Culfa Regional Dövlət Aqrar İnkişaf Mərkəzinin əməkdaşları ilə görüş olub, mərkəzin direktoru Vəli Novruzov kollektivə təqdim olunub

Görüşdə Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Vüsal İbrahimov cari ildə muxtar respublikada kənd təsərrüfatı sahəsində aparılan struktur islahatları barədə məlumat verib. Qeyd olunub ki, Kənd Təsərrüfatı Nazirliyinin Naxçıvan, Şərur və Culfa regional aqrar inkişaf mərkəzləri yaradılıb. Bununla yanaşı Nazirliyin tabeliyində Naxçıvan Kənd Təsərrüfatı laboratoriyaları Mərkəzi, Naxçıvan Aqrar İstehsalat, Tədarük və Təchizat ASC, Naxçıvan Aqrar Xidmətlər Mərkəzi, Akademik Həsən Əliyev adına “Araz” Elm İstehsalat Birliyinin və Toxumçuluq və Bitkilərin Mühafizəsi İdarəsinin bazasında Akademik Həsən Əliyev adına Naxçıvan kənd Təsərrüfatı Elmi-Tədqiqat İnstitutu yaradılıb. Həmçinin Naxçıvan Muxtar Respublikasının Dövlət Baytarlıq Xidməti ləğv edilərək nazirliyin tərkibinə verilib.

Yeni yaradılan regional dövlət aqrar inkişaf mərkəzləri barədə danışan aparat rəhbəri qeyd edib ki, Culfa Regional Dövlət Aqrar İnkişaf Mərkəzi Ordubad və Culfa rayonlarını əhatə edir. Mərkəzdə bitkiçiliyin və heyvandarlığın təşkili, meliorasiya və irriqasiya məsələləri, örüş və otlaqlara nəzarət və s.bu kimi məsələlər tənzimlənəcək 

Sonra Culfa Regional Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru vəzifəsinə təyin edilən Vəli Novruzov kollektivə təqdim edilib. Bildirilib ki, Vəli Novruzov bundan öncə Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin rəisi vəzifəsində çalışıb.

 Vəli Novruzov göstərilən etimada görə minnətdarlığını bildirib, qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirəcəyini qeyd edib.

 Görüşdə muxtar respublikanın fitosanitar və epizootik vəziyyətinin diqqətdə saxlanılması, bitki mühafizəsi, o cümlədən heyvanların xüsusi təhlükəli xəstəliklərə qarşı peyvəndləmə məsələlərinin vaxtında və düzgün aparılmasına dair tövsiyələr verilib.

 

Azərbaycan Respublikası
Naxçıvan Muxtar Respublikası
Kənd Təsərrüfatı Nazirliyi

nagro.gov.az
  • Əsas səhifə
  • Əsasnamə
  • Struktur
  • Konstitusiyalar
  • Əlaqə
  • E-məktub yazmaq
  • Ünvan: Naxçıvan şəhəri, Xətai məhəlləsi, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi.

    Telefon  : 545-02-47
    Elektron-poçt  : office@nagro.gov.az
    © 2023 Tərtibat və proqramlaşdırma: Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi