• Nazirlik
    Əsasnamə Kollegiya Struktur
  • Qanunvericilik
    Konstitusiyalar
  • Aqrar Sığorta Fondu
    • Məhsullarımız
      • Bitkiçilik
      • Heyvandarlıq
      • Akvakultura
    • Aqrar sığorta haqqında
    • Aqrar sığorta ilə bağlı maarifləndirici məlumatlar
  • Mətbuat
    Xəbərlər Fermerlərə məsləhət Hesabatlar Foto qalereya Video qalereya
  • Müraciətlər
    Əlaqə E-məktub yazmaq Qəbul günləri
  • Əsas səhifə
  • Nazirlik
    Əsasnamə Kollegiya Struktur
  • Qanunvericilik
    Konstitusiyalar
  • Aqrar Sığorta Fondu
    • Məhsullarımız
      • Bitkiçilik
      • Heyvandarlıq
      • Akvakultura
    • Aqrar sığorta haqqında
    • Aqrar sığorta ilə bağlı maarifləndirici məlumatlar
  • Mətbuat
    Xəbərlər Fermerlərə məsləhət Hesabatlar Foto qalereya Video qalereya
  • Müraciətlər
    Əlaqə E-məktub yazmaq

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinə yeni kadrlar təyin edilib

Bu münasibətlə Kənd Təsərrüfatı Nazirliyində keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri vəzifəsini müvəqqəti icra edən, nazir müavini Xəyalə Dadaşova yeni təyin olunan kadrları kollektivə təqdim edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

 

Qeyd edək ki, nazirliyin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri vəzifəsinə Məhəmməd Zeynalov təyin olunub. O, bundan öncə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində çalışıb.

Yerli qurumlar və sahibkarlıq subyektləri ilə iş sektorunun müdiri vəzifəsinə Ləman Əlizadə təyin olunub. O, bundan öncə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi və  Binə Agro QSC-də çalışıb.

Yerli qurumlar və sahibkarlıq subyektləri ilə iş sektorunun baş məsləhətçisi vəzifəsinə Xəyyam Əsgərov təyin olunub. O, bundan öncə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsində çalışıb.

Yerli qurumlar və sahibkarlıq subyektləri ilə iş sektorunun böyük  məsləhətçisi vəzifəsinə Vüsal Əsgərov təyin edilib. O, bundan öncə Toxumçuluq və Bitkilərin Mühafizəsi İdarəsində çalışıb.

Yerli qurumlar və sahibkarlıq subyektləri ilə iş sektorunun aparıcı məsləhətçisi vəzifəsinə Tofiq Cəfərov təyin edilib. O, bundan öncə Toxumçuluq və Bitkilərin Mühafizəsi İdarəsində çalışıb.

Yerli qurumlar və sahibkarlıq subyektləri ilə iş sektorunun məsləhətçisi vəzifəsinə Rübabə Hüseynzadə təyin olunub. O, bundan öncə Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətində çalışıb.

Maliyyə və təminat şöbəsinin Satınalmalar və təsərrüfat sektorunun baş məsləhətçisi vəzifəsinə Abbas Əlizadə təyin edilib. O, bundan öncə bir sıra özəl müəssisələrdə çalışıb.

Beynəlxalq əməkdaşlıq, ictimaiyyətlə əlaqələr və informasiya texnologiyalarının tətbiqi sektorunun baş məsləhətçisi vəzifəsinə  Mədinə Rəhimli təyin edilib. O, bundan öncə Naxçıvan televiziyasında çalışıb.

Beynəlxalq əməkdaşlıq, ictimaiyyətlə əlaqələr və informasiya texnologiyalarının tətbiqi sektorunun böyük məsləhətçisi vəzifəsinə Aynur Novruzlu təyin olunub. O, bundan öncə Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətində çalışıb.

Heyvandarlığın təşkili və monitorinqi şöbəsinin Heyvandarlığın təşkili, damazlıq işi, baytarlıq xidmətləri və monitorinq sektorunun baş məsləhətçisi vəzifəsinə Xəyal Bağırov təyin olunub. O, bundan öncə Şərur Rayon İcra Hakimiyyətində çalışıb.

Heyvandarlığın təşkili və monitorinqi şöbəsinin Epizootik tədbirlərin və karantin rejiminin tənzimlənməsi sektorunun müdiri vəzifəsinə Yavuz Hacıyev təyin olunub. O, bundan öncə Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətində çalışıb.

Heyvandarlığın təşkili və monitorinqi şöbəsinin Epizootik tədbirlərin və karantin rejiminin tənzimlənməsi sektorunun baş məsləhətçisi vəzifəsinə Hüseyn Məmmədov təyin olunub. O, bundan öncə Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətində çalışıb.

Azərbaycan Respublikası
Naxçıvan Muxtar Respublikası
Kənd Təsərrüfatı Nazirliyi

nagro.gov.az
  • Əsas səhifə
  • Əsasnamə
  • Struktur
  • Konstitusiyalar
  • Əlaqə
  • E-məktub yazmaq
  • Ünvan: Naxçıvan şəhəri, Xətai məhəlləsi, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi.

    Telefon  : 545-02-47
    Elektron-poçt  : office@nagro.gov.az
    © 2023 Tərtibat və proqramlaşdırma: Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi