• Nazirlik
    Əsasnamə Kollegiya Struktur
  • Qanunvericilik
    Konstitusiyalar
  • Aqrar Sığorta Fondu
    • Məhsullarımız
      • Bitkiçilik
      • Heyvandarlıq
      • Akvakultura
    • Aqrar sığorta haqqında
    • Aqrar sığorta ilə bağlı maarifləndirici məlumatlar
  • Mətbuat
    Xəbərlər Fermerlərə məsləhət Hesabatlar Foto qalereya Video qalereya
  • Müraciətlər
    Əlaqə E-məktub yazmaq Qəbul günləri
  • Əsas səhifə
  • Nazirlik
    Əsasnamə Kollegiya Struktur
  • Qanunvericilik
    Konstitusiyalar
  • Aqrar Sığorta Fondu
    • Məhsullarımız
      • Bitkiçilik
      • Heyvandarlıq
      • Akvakultura
    • Aqrar sığorta haqqında
    • Aqrar sığorta ilə bağlı maarifləndirici məlumatlar
  • Mətbuat
    Xəbərlər Fermerlərə məsləhət Hesabatlar Foto qalereya Video qalereya
  • Müraciətlər
    Əlaqə E-məktub yazmaq

Növbəti mövsümdə sənədləri düzgün formalaşdırılmayan, torpaqları analiz edilməyən təsərrüfat sahiblərinə subsidiyalar verilməyəcək

Bu barədə bu gün sənədləri düzgün formalaşdırılmayan təsərrüfat sahibləri və icra nümayəndələrinin iştirakı ilə  keçirilən görüşdə Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri vəzifəsini müvəqqəti icra edən, nazir müavini Xəyalə Dadaşova məlumat verib.

Qeyd olunub ki, təsərrüfat sahiblərinə subsidiyaların vaxtında ödənilməsi əsas prinsiplərimizdəndir. Amma təəssüf ki, bununla bağlı ya sənədlər vaxtında göndərilmir, ya da sənədlərdə bir sıra problemlər olur. Bu səbəbdən növbəti mövsümdə sənədləşdirmə  məsələlərinə olduqca ciddi yanaşılmalıdır.  

Hər kəs öz torpağını əkməlidir - deyən Xəyalə Dadaşova başqasının torpağını icazəsiz əkməyin qanunsuz olduğunu bildirib. Diqqətə çatdırıb ki, bu halda torpağın sahibi tərəfindən verilən etibarnamə olmalı, müqavilə imzalanmalıdır. Artıq növbəti mövsümdən bu sənədləri olmayan şəxslər subsidiya ala bilməyəcəklər.

Nazir müavini deyib ki, bu məsələlərə icra nümayəndələri xüsusilə ciddi yanaşmalı, vətəndaşlara lazımi köməklik göstərməlidirlər.

Nazirliyin Dövlət dəstəyi, aqrar sığorta, kredit və investisiaların tənzimlənməsi sektorunun baş məsləhətçisi Elnur Abbasov Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətininin əməkdaşları ilə birgə  yaz əkinləri bağlı aparılan monitorinq və aşkarlanan nöqsanlar barədə məlumat verib.

Nazirliyin aparat rəhbəri Vüsal İbrahimov isə subsidiya ilə bağlı mövcud qanunvericilik haqqında danışıb.

Görüşdə iştirak edən təsərrüfat sahiblərinin  problemləri dinlənilib və qeydiyyata alınıb.

Azərbaycan Respublikası
Naxçıvan Muxtar Respublikası
Kənd Təsərrüfatı Nazirliyi

nagro.gov.az
  • Əsas səhifə
  • Əsasnamə
  • Struktur
  • Konstitusiyalar
  • Əlaqə
  • E-məktub yazmaq
  • Ünvan: Naxçıvan şəhəri, Xətai məhəlləsi, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi.

    Telefon  : 545-02-47
    Elektron-poçt  : office@nagro.gov.az
    © 2023 Tərtibat və proqramlaşdırma: Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi