• Nazirlik
    Əsasnamə Kollegiya Struktur
  • Qanunvericilik
    Konstitusiyalar
  • Aqrar Sığorta Fondu
    • Məhsullarımız
      • Bitkiçilik
      • Heyvandarlıq
      • Akvakultura
    • Aqrar sığorta haqqında
    • Aqrar sığorta ilə bağlı maarifləndirici məlumatlar
  • Mətbuat
    Xəbərlər Fermerlərə məsləhət Hesabatlar Foto qalereya Video qalereya
  • Müraciətlər
    Əlaqə E-məktub yazmaq Qəbul günləri
  • Əsas səhifə
  • Nazirlik
    Əsasnamə Kollegiya Struktur
  • Qanunvericilik
    Konstitusiyalar
  • Aqrar Sığorta Fondu
    • Məhsullarımız
      • Bitkiçilik
      • Heyvandarlıq
      • Akvakultura
    • Aqrar sığorta haqqında
    • Aqrar sığorta ilə bağlı maarifləndirici məlumatlar
  • Mətbuat
    Xəbərlər Fermerlərə məsləhət Hesabatlar Foto qalereya Video qalereya
  • Müraciətlər
    Əlaqə E-məktub yazmaq

Naxçıvan şəhərində təsərrüfat sahibləri ilə görüş olub

Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri vəzifəsini müvəqqəti icra edən, nazir müavini Xəyalə Dadaşovanın təsərrüfat sahibləri ilə görüşü davam edir. Növbəti görüş Naxçıvan şəhərində olub.

Görüşdə Xəyalə Dadaşova təsərrüfat sahiblərinin subsidiya, suvarma suyu, gübrə ilə təmin edilməsi istiqamətində görülən işlər, həmçinin  kənd təsərrüfatı sahəsində tətbiq ediləcək yeniliklər barədə məlumat verib.

Qeyd olunub ki, payızlıq və yazlıq əkinlər aparan fermerlər vaxtında gübrələrlə təmin ediliblər. Payızlıq əkinlər üzrə nəzərdə tutulan subsidiya məbləğinin 25 %-i fermer kartlarına köçüb, yazlıq əkinlər üzrə isə bu proses davam etdirilir. 2018-ci ildən subsidiya almayan arıçılıq təsərrüfatlarına da subsidiyalar ödəniləcək. Həmçinin tütün təsərrüfat sahibləri  bu ödənişlərdən kənarda qalmayacaq. Bu ildən buzovlara görə subsidiyaların verilməsi üçün isə  dəqiqləşdirmələr aparılır.

Bildirilib ki, Naxçıvanda Kənd Təsərrüfatı Nazirliyinin “Aqrar İstehsalat, Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyəti, “Naxçıvan Aqrar Xidmətlər Mərkəzi”,  “Regional Dövlət Aqrar İnkişaf Mərkəzləri” yaradılıb. Muxtar respublikanın 3 şəhərində - Naxçıvan, Şərur və Culfada fəaliyyət göstərəcək “Regional Dövlət Aqrar İnkişaf Mərkəz”ləri nazirliklə fermerlərin, ailə təsərrüfatçılarının, aqrar sektorda fəaliyyət göstərən sahibkarların əlaqəli işini sistemli şəkildə həyata keçirəcək. “Kənd Təsərrüfatı Laboratoriyaları Mərkəzi” tikiləcək, həmçinin uçot işlərinin aparılması üçün elektron məlumat bazası yaradılacaq və “Elektron kənd təsərrüfatı” informasiya sisteminə inteqrasiya olunacaq. Bununla yanaşı fermərlər üçün  çağrı mərkəzi də istifadəyə veriləcək. Təbii ki, bütün bunların hamısı həm muxtar respublikada kənd təsərrüfatının inkişafına, həm də bu sahədə fəaliyyət göstərən insanların işlərinin xeyli asanlaşmasına səbəb olacaq.

Nazir müavini dövlət başçısı İlham Əliyev tərəfindən 5 iyun 2023-cü il tarixdə imzalanan “Naxçıvan Muxtar Respublikasının sosial iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın əhəmiyyətinə də toxunub. Proqramın icrasının Naxçıvanda kənd təsərrüfatının inkişafında, əhalinin sosial rifah halının yaxşılaşmasında mühüm rol oynayacağı bildirilib.

Görüşdə iştirak edən təsərrüfat sahiblərinin sualları cavablandırılıb, edilən müraciətlər qeydiyyata alınıb.

Azərbaycan Respublikası
Naxçıvan Muxtar Respublikası
Kənd Təsərrüfatı Nazirliyi

nagro.gov.az
  • Əsas səhifə
  • Əsasnamə
  • Struktur
  • Konstitusiyalar
  • Əlaqə
  • E-məktub yazmaq
  • Ünvan: Naxçıvan şəhəri, Xətai məhəlləsi, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi.

    Telefon  : 545-02-47
    Elektron-poçt  : office@nagro.gov.az
    © 2023 Tərtibat və proqramlaşdırma: Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi