• Nazirlik
    Əsasnamə Kollegiya Struktur
  • Qanunvericilik
    Konstitusiyalar
  • Aqrar Sığorta Fondu
    • Məhsullarımız
      • Bitkiçilik
      • Heyvandarlıq
      • Akvakultura
    • Aqrar sığorta haqqında
    • Aqrar sığorta ilə bağlı maarifləndirici məlumatlar
  • Mətbuat
    Xəbərlər Fermerlərə məsləhət Hesabatlar Foto qalereya Video qalereya
  • Müraciətlər
    Əlaqə E-məktub yazmaq Qəbul günləri
  • Əsas səhifə
  • Nazirlik
    Əsasnamə Kollegiya Struktur
  • Qanunvericilik
    Konstitusiyalar
  • Aqrar Sığorta Fondu
    • Məhsullarımız
      • Bitkiçilik
      • Heyvandarlıq
      • Akvakultura
    • Aqrar sığorta haqqında
    • Aqrar sığorta ilə bağlı maarifləndirici məlumatlar
  • Mətbuat
    Xəbərlər Fermerlərə məsləhət Hesabatlar Foto qalereya Video qalereya
  • Müraciətlər
    Əlaqə E-məktub yazmaq

Ağbulaqda təşkil edilən "Diabet mənim dostumdur" düşərgəsi başa çatıb

NUHÇIXAN xəbər verir ki, Ağbulaq İstirahət Mərkəzində bu münasibətlə təşkil edilən tədbirdə rəsmi şəxslərlə yanaşı, Bakı şəhərindən dəvət olunmuş həkimlər, uşaqlar və onların valideynləri iştirak edibər.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli tədbir iştirakçılarını salamlayaraq bildirib ki, Naxçıvanda 2023-cü il ərzində səhiyyə sahəsində aparılan islahatlar öz bəhrəsini verməkdədir. Səlahiyyətli nümayəndə diabetli uşaqlara müraciət edərək deyib: “Diabet heç bir şəkildə sizin həyatınızda maneəyə çevrilməməlidir. Yaxşı oxumalısınız, dərslərinizdə hər zaman uğurlar qazanmalısınız ki, biz və valideyinləriniz də sizinlə fəxr edək”.

“Naxçıvan Muxtar Respublikasının  sosial-iqdisadi inkişafına  dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”ndan bəhs edən Fuad Nəcəfli proqramın şəhər və rayonlarımızda xidmətin keyfiyyətinin, əhalinin həyat səviyyəsinin yüksəldilməsi, sağlamlığının qorunması istiqamətində həyata keçiriləcək tədbirlərdə əhəmiyyətli rol oynayacağını diqqətə çatdırıb. Bildirib ki, Naxçıvanda ilk dəfə təşkil edilən düşərgə uşaqlara, onların sağlamlığına verilən dəyərin ifadəsidir və belə layihələr ardıcıl olaraq davam etdiriləcək.

Naxçıvan Muxtar Respublikasının səhiyyə nazirinin birinci müavini, nazir vəzifələrinin müvəqqəti icraçısı Samiq Sadıxov, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev, Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Ceyhun Cəlilov, "Naxçıvan Muxtar Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi" publik hüquqi şəxsin direktoru Elnur İbrahimov çıxış edərək keçirilən tədbirin əhəmiyyətinə toxunub, dövlətin sosial  sahəyə göstərdiyi diqqət və qayğının davamlı xarakter almasından bəhs ediblər.

Türkiyənin Qoç Universiteti Tibb Fakültəsinin Uşaq Endokrinoloqu, Diabet Kafedrasının müdiri, professor Şükrü Hatun tədbirdə onlayn çıxış edib. 

Uşaq endokrinoloqu Azad Əkbərzadə, valideyn Rahilə Kazımova və diabetli uşalar çıxış edərək təşkil olunan düşərgəni yüksək qiymətləndirib, göstərilən diqqətə görə minnətdarlıqlarını bildiriblər.

Tədbirdə uşaqlara hədiyyələr təqdim olunub.

Qeyd edək ki,  Naxçıvanda ilk dəfə keçirilən tədbirdə ilkin olaraq 34 diabetli uşaq valideynləri ilə birgə iştirak edib. Üç gün davam edən düşərgədə şəkərli diabetdən əziyyət çəkən uşaqlar Bakı şəhərində dəvət olunmuş 4 uşaq endokrinoloqu və yüksək ixtisaslı tibbi heyətin nəzarəti altında istirahət edib, müayinə olunublar. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən düşərgə təlimləri, fərdi məsləhətlər və psixoterapiya, tibbi müayinə və müalicə, qrup disskusiyaları, oyun terapiyası, rəsm, idman və intellekt yarışları keçirilib.

Düşərgə çərçivəsində Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən şəkərli diabetdən əziyyət çəkən uşaqlara “Glükoz Sensor” cihazları hədiyyə edilib. Bununla da qanda şəkər səviyyəsinin öçülməsi zamanı barmaqların zədələnməsinin qarşısı birdəfəlik alınıb. 

Düşərgənin sonuncu günündə uşaqlar üçün musiqili proqram təşkil olunub, onlar havaya dilək şarları buraxıb, xatirə fotoları çəkdiriblər.

Sonra tədbir iştirakçıları uşaqlarla birlikdə  nahar ediblər.

Azərbaycan Respublikası
Naxçıvan Muxtar Respublikası
Kənd Təsərrüfatı Nazirliyi

nagro.gov.az
  • Əsas səhifə
  • Əsasnamə
  • Struktur
  • Konstitusiyalar
  • Əlaqə
  • E-məktub yazmaq
  • Ünvan: Naxçıvan şəhəri, Xətai məhəlləsi, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi.

    Telefon  : 545-02-47
    Elektron-poçt  : office@nagro.gov.az
    © 2023 Tərtibat və proqramlaşdırma: Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi