• Nazirlik
    Əsasnamə Kollegiya Struktur
  • Qanunvericilik
    Konstitusiyalar
  • Aqrar Sığorta Fondu
    • Məhsullarımız
      • Bitkiçilik
      • Heyvandarlıq
      • Akvakultura
    • Aqrar sığorta haqqında
    • Aqrar sığorta ilə bağlı maarifləndirici məlumatlar
  • Mətbuat
    Xəbərlər Fermerlərə məsləhət Hesabatlar Foto qalereya Video qalereya
  • Müraciətlər
    Əlaqə E-məktub yazmaq Qəbul günləri
  • Əsas səhifə
  • Nazirlik
    Əsasnamə Kollegiya Struktur
  • Qanunvericilik
    Konstitusiyalar
  • Aqrar Sığorta Fondu
    • Məhsullarımız
      • Bitkiçilik
      • Heyvandarlıq
      • Akvakultura
    • Aqrar sığorta haqqında
    • Aqrar sığorta ilə bağlı maarifləndirici məlumatlar
  • Mətbuat
    Xəbərlər Fermerlərə məsləhət Hesabatlar Foto qalereya Video qalereya
  • Müraciətlər
    Əlaqə E-məktub yazmaq

Muxtar respublikada fitosanitar monitorinqlər davam etdirilir

Naxçıvan Muxtar Respublikası ərazisində fitosanitar sabitliyin qorunması, əkin təyinatlı torpaqların yenidən dəqiqləşdirilməsi məqsədilə Naxçıvan şəhəri və muxtar respublikanın rayonlarında monitorinqlər davam etdirilir.

Monitorinqlərə cəlb olunan mütəxəssislər tərəfindən karantin tətbiq edilən, o cümlədən potensial təhlükəli olan müxtəlif zərərli orqanizmləri, onların mənbələrini vaxtında müəyyənləşdirmək üçün bitkiçilik məhsullarının istehsalı, emalı və saxlanan təsərrüfatlarda, meşə və yaşıllıq zolaqlarında, eləcə də həyətyanı sahələrdə müşahidə və monitorinqlər aparılır.

Bu günədək muxtar respublika üzrə 125 kənd və qəsəbələrdən 101-də monitorinqlər başa çatdırılıb. Digər yaşayış məntəqələrində isə monitorinqlər davam etdirilir.

Monitorinqlər zamanı meyvə ağaclarında aşkarlanan xəstəlik və zərərvericilərin rast gəlindiyi bitki hissələrindən nümunələr götürülərək laborator müayinələrə cəlb olunur.

Müşahidələr zamanı karantin tətbiq edilən zərərli orqanizmlər aşkar edilməsə də, bir sıra digər zərərli orqanizmlər aşkar edilmişdir ki, bunların da içərisində mənənələr, yastıcalar və s. yer alır. Bunlara qarşı mubarizənin vaxtında və düzgün aparılması üçün mütəxəssislər tərəfindən fermerlər, sahibkarlar, o cümlədən dövlət qurumları məlumatlandırılmışdır.

Azərbaycan Respublikası
Naxçıvan Muxtar Respublikası
Kənd Təsərrüfatı Nazirliyi

nagro.gov.az
  • Əsas səhifə
  • Əsasnamə
  • Struktur
  • Konstitusiyalar
  • Əlaqə
  • E-məktub yazmaq
  • Ünvan: Naxçıvan şəhəri, Xətai məhəlləsi, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi.

    Telefon  : 545-02-47
    Elektron-poçt  : office@nagro.gov.az
    © 2023 Tərtibat və proqramlaşdırma: Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi