• Nazirlik
    Əsasnamə Kollegiya Struktur
  • Qanunvericilik
    Konstitusiyalar
  • Aqrar Sığorta Fondu
    • Məhsullarımız
      • Bitkiçilik
      • Heyvandarlıq
      • Akvakultura
    • Aqrar sığorta haqqında
    • Aqrar sığorta ilə bağlı maarifləndirici məlumatlar
  • Mətbuat
    Xəbərlər Fermerlərə məsləhət Hesabatlar Foto qalereya Video qalereya
  • Müraciətlər
    Əlaqə E-məktub yazmaq Qəbul günləri
  • Əsas səhifə
  • Nazirlik
    Əsasnamə Kollegiya Struktur
  • Qanunvericilik
    Konstitusiyalar
  • Aqrar Sığorta Fondu
    • Məhsullarımız
      • Bitkiçilik
      • Heyvandarlıq
      • Akvakultura
    • Aqrar sığorta haqqında
    • Aqrar sığorta ilə bağlı maarifləndirici məlumatlar
  • Mətbuat
    Xəbərlər Fermerlərə məsləhət Hesabatlar Foto qalereya Video qalereya
  • Müraciətlər
    Əlaqə E-məktub yazmaq

Babək rayonunda heyvandarlıqla məşğul olan sahibkarlarla görüş keçirilib

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisləri Babək Rayon İcra Hakimiyyəti ilə birlikdə Şıxmahmud kəndində heyvandarlıqla məşğul olan sahibkarların iştirakı ilə “Qaramalın cins tərkibinin yaxşılaşdırılmasının, ana malların süni mayalandırılmasının, heyvandarlıqda aqrar sığortanın və südçülüklə məşğul olan ailə təsərrüfatlarında xama, qaymaq, şor, qurut, motal pendiri və digər ənənəvi süd məhsullarının istehsalının əhəmiyyəti” mövzularında seminar müşavirə keçirilib.

   Müşavirəni Babək Rayon İcra Hakimiyyətinin əməkdaşı Azər Hümbətov  açaraq rayonda heyvandarlığın inkişaf etdirilməsindən və bu sahəyə göstərilən dövlət dəstəyindən danışıb.

  Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Əyyub Abdullayev qeyd edib ki, muxtar respublika iqtisadiyyatında diqqətçəkən fəaliyyət istiqamətlərindən biri də qaramalın cins tərkibinin yaxşılaşdırılmasıdır. Muxtar respublikada Süni Mayalanma Mərkəzinin yaradılması, dövlət tərəfindən bu fəaliyyət sahəsinin təşviqi ilə bağlı atılan addımlar  naxırın cins tərkibinin yaxşılaşdırılmasına şərait yaradıb. Qaramalın cins tərkibinin yaxşılaşdırılması məhsul bolluğuna müsbət təsir etməklə, əhalinin gəlirinin artmasına əsaslı təsir göstərir. Ona görə də naxırın cins tərkibinin yaxşılaşdırılmasına üstünlük verilməlidir.

     Nazirliyin aparıcı məsləhətçisi Umar Şükürlü mövzu ərtafında çıxış edərək qeyd edib ki, muxtar respublikada ailə təsərrüfatlarının inkişafı istiqamətində ardıcıl tədbirlər görülür. Yaradılan şəraitin nəticəsidir ki, ailə təsərrüfatlarının sayı getdikcə artır, ailə biznesi genişlənir. Bu da kiçik və orta sahibkarlığın inkişafına əlavə imkanlar yaradır. Əhalinin ərzaq təminatında əvəzsiz yeri olan məhsullardan biri də  süd məhsullarıdır. Muxtar respubikada əhalinin süd məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsində ailə təsərrüfatlarınında öz payı vardır. Həmçinin tədbirdə heyvandarlıqda aqrar sığortanın əhəmiyyəti və müasir avadanlıqlardan istifadə edilməklə süd məhsullarının hazırlanması texnologiyaları haqqında da ətraflı danışılıb.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb və onlara mütəxəssislər tərəfindən hazırlanmış maarifləndirici bukletlər paylanıb.

                                Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin

mətbuat xidməti

Azərbaycan Respublikası
Naxçıvan Muxtar Respublikası
Kənd Təsərrüfatı Nazirliyi

nagro.gov.az
  • Əsas səhifə
  • Əsasnamə
  • Struktur
  • Konstitusiyalar
  • Əlaqə
  • E-məktub yazmaq
  • Ünvan: Naxçıvan şəhəri, Xətai məhəlləsi, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi.

    Telefon  : 545-02-47
    Elektron-poçt  : office@nagro.gov.az
    © 2025 Tərtibat və proqramlaşdırma: Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi.