Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyində Aqrar Subsidiya Şurasının növbəti iclası keçirilib.
İclas zamanı ilk öncə iclasın gündəliyinə uyğun olaraq 2022-ci ildə Şərur, Babək və Kəngərli rayonlarında tütün əkini həyata keçirən və quru tütünü qəbul məntəqələrinə təhvil verən istehsalçılara subsidiyaların verilməsi məsələsinə baxılıb. Müzakirələr nəticəsində subsidiyanın ödənilməsi barədə qərar qəbul edilib.
Bununla yanaşı, Şura tərəfindən ötən iclasda arı ailələrinə və buzovlara subsidiyaların verilməsi ilə bağlı qanunvericiliyə uyğun tələb olunan sənədlərin aidiyyəti qurumlardan istənilməsi haqqında qəbul olunmuş qərarın nəticələri də gündəmə gəlib. Belə ki, sözügedən məsələ ilə bağlı qurumlara rəsmi müraciət olunsa da, sənədlərin hələ də təqdim edilmədiyi bildirilib. Qeyd olunan məsələnin zəruriliyi nəzərə alınaraq, aidiyyəti qurumlara bir daha müraciətin ünvanlanması tapşırılıb.
Bildiririk ki, arı ailələrinə verilməsi nəzərdə tutulan subsidiyalar 2018-ci ildə fəaliyyət göstərən lakin, subsidiya ala bilməyən arıçılıq təsərrüfatlarına, o cümlədən hər baş buzova görə verilən subsidiyalar isə 2023-cü ildə süni mayalanma yolu ilə doğulmuş buzovlara şamil edilir.
Ünvan: Naxçıvan şəhəri, Xətai məhəlləsi, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi.