• Nazirlik
    Əsasnamə Kollegiya Struktur
  • Qanunvericilik
    Konstitusiyalar
  • Aqrar Sığorta Fondu
    • Məhsullarımız
      • Bitkiçilik
      • Heyvandarlıq
      • Akvakultura
    • Aqrar sığorta haqqında
    • Aqrar sığorta ilə bağlı maarifləndirici məlumatlar
  • Mətbuat
    Xəbərlər Fermerlərə məsləhət Hesabatlar Foto qalereya Video qalereya
  • Müraciətlər
    Əlaqə E-məktub yazmaq Qəbul günləri
  • Əsas səhifə
  • Nazirlik
    Əsasnamə Kollegiya Struktur
  • Qanunvericilik
    Konstitusiyalar
  • Aqrar Sığorta Fondu
    • Məhsullarımız
      • Bitkiçilik
      • Heyvandarlıq
      • Akvakultura
    • Aqrar sığorta haqqında
    • Aqrar sığorta ilə bağlı maarifləndirici məlumatlar
  • Mətbuat
    Xəbərlər Fermerlərə məsləhət Hesabatlar Foto qalereya Video qalereya
  • Müraciətlər
    Əlaqə E-məktub yazmaq

Fitosanitar və epizootik monitorinq qrupları ilə görüş keçirilib

Muxtar respublikada fitosanitar və epizootik durumun dəyərləndirilməsi üçün Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyində yaradılan monitorinq qruplarının üzvləri ilə görüş keçirilib.

Görüşdə Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Səhiyyə Nazirliyinin, Dövlət Baytarlıq Xidmətinin, rayon (şəhər) icra hakimiyyətlərinin, “Naxçıvan Yaşıllaşdırma Xidməti” publik hüquqi şəxsinin monitorinq qruplarında təmsil olunan əməkdəşları və Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Agentliyinin xətti ilə sosial işlərə cəlb olunan işçilər iştirak ediblər.

Görüşü Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aparatının rəhbəri Vüsal İbrahimov açaraq, muxtar respublikada fitosanitar və epizootik vəziyyətin qiymətləndirilməsi məqsədilə monitorinq aparılan ərazilərdə bitki və bitkiçilik məhsullarının qeydiyyatının aparılması, karantin və xüsusi təhlükəli zərərli orqanizmlərin, heyvanlarda yoluxucu və digər xəstəliklərin yayılma arealının müəyyənləşdirilməsini bildirib, o cümlədən monitorinq qrupları tərəfindən görülmüş işlərlə bağlı hesabatların qısa müddət ərzində təqdim edilməsinin vacibliyini vurğulayıb.

Monitorinq qrupu üzvlərinin çıxışları dinlənilib. Çıxış edənlər yerlərdə müşahidə olunan xəstəlik və zərərvericilərlə mübarizə tədbirlərinin aparılması üçün vətəndaşlar tərəfindən edilmiş müraciətlər və bu sahədə görülmüş işlər barədə məlumat veriblər.

Daha sonra  hazırkı vaxta qədər aparılmış monitorinqlər zamanı müşahidə olunan xəstəlik və zərərvericilər, onların yayılma arealı və onlara qarşı mübarizə tədbirlərinin görülməsi, həmçinin aqrar sığorta ilə bağlı maarifləndirmə işlərinin aparılması müzakirə olunub.

Azərbaycan Respublikası
Naxçıvan Muxtar Respublikası
Kənd Təsərrüfatı Nazirliyi

nagro.gov.az
  • Əsas səhifə
  • Əsasnamə
  • Struktur
  • Konstitusiyalar
  • Əlaqə
  • E-məktub yazmaq
  • Ünvan: Naxçıvan şəhəri, Xətai məhəlləsi, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi.

    Telefon  : 545-02-47
    Elektron-poçt  : office@nagro.gov.az
    © 2025 Tərtibat və proqramlaşdırma: Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi.