Naxçıvan Muxtar Respublikasında taxıl biçini davam edir. Taxıl sahələrində 9-u Naxçıvan “Aqrolizinq” ASC-nin , 71-i isə hüquqi və fiziki şəxslərin olmaqla ümumilikdə 80 kombayn biçin aparır.
Artıq muxtar respublika üzrə taxıl sahələrinin 40 faizində biçin yekunlaşıb. İyulun 5-nə olan operativ məlumata əsasən, 9042,3 hektar sahədə biçin prosesi başa çatıb, sahələrdən 13490 ton arpa və 8638,3 ton buğda yığılıb.
Hazırda muxtar respublikada Naxçıvan şəhəri də daxil olmaqla Ordubad, Culfa, Babək, Kəngərli, Şərur və Sədərək rayonlarında taxıl biçini davam edir. Yaxın günlərdə Şahbuz rayonunda da taxıl biçininə start veriləcəkdir.
Biçin dövründə sahələrdə yanğın təhlükəsizliyinin etibarlı təmini ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə qrupları biçin həyata keçirilən ərazilərdə xidmət aparır.
Ünvan: Naxçıvan şəhəri, Xətai məhəlləsi, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi.