• Nazirlik
    Əsasnamə Kollegiya Struktur
  • Qanunvericilik
    Konstitusiyalar
  • Aqrar Sığorta Fondu
    • Məhsullarımız
      • Bitkiçilik
      • Heyvandarlıq
      • Akvakultura
    • Aqrar sığorta haqqında
    • Aqrar sığorta ilə bağlı maarifləndirici məlumatlar
  • Mətbuat
    Xəbərlər Fermerlərə məsləhət Hesabatlar Foto qalereya Video qalereya
  • Müraciətlər
    Əlaqə E-məktub yazmaq Qəbul günləri
  • Əsas səhifə
  • Nazirlik
    Əsasnamə Kollegiya Struktur
  • Qanunvericilik
    Konstitusiyalar
  • Aqrar Sığorta Fondu
    • Məhsullarımız
      • Bitkiçilik
      • Heyvandarlıq
      • Akvakultura
    • Aqrar sığorta haqqında
    • Aqrar sığorta ilə bağlı maarifləndirici məlumatlar
  • Mətbuat
    Xəbərlər Fermerlərə məsləhət Hesabatlar Foto qalereya Video qalereya
  • Müraciətlər
    Əlaqə E-məktub yazmaq

Xəyalə Dadaşova Kəngərli rayonunda vətəndaşlarla görüşüb

4 iyul 2023-cü il tarixdə Naxçıvan Muxtar Respublikası kənd təsərrüfatı nazirinin müavini, kənd təsərrüfatı naziri vəzifəsini müvəqqəti icra edən Xəyalə Dadaşova Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərovun iştirakı ilə rayonda fəaliyyət göstərən təsərrüfat sahibləri ilə görüşüb.

 Görüşdə Kənd Təsərrüfatı Nazirliyinin dəvəti ilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Naxçıvan Muxtar Respublikasındakı nümayəndəsi Aygün Quliyeva da iştirak edib.

Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov keçirilən görüşün əhəmiyyətindən və rayonda aqrar sahədə görülmüş işlərdən danışıb.

Görüşdə Xəyalə Dadaşova dövlət başçısı cənab İlham Əliyevin Sərəncamı ilə “2023–2027-ci illərdə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında danışaraq qeyd edib ki, dövlət proqramında aqrar sahənin inkişafı istiqamətində  bir çox məsələlər qarşıya hədəf kimi qoyulub. Bu məsələlərin icrası aqrar sahənin müasir dövrün tələblərinə uyğun innovasiya yönümlü inkişafının təmin edilməsinə, bitkiçiliyin və heyvandarlığın təşkilində yeni yanaşmanın tətbiqi ilə məhsuldarlığın yüksəldilməsinə, innovativ suvarma metodlarının genişləndirilməsinə  öz töhfəsini verəcək.

O, gələcəkdə bitkiçilik sahəsində rayonlaşmış kənd təsərrüfatı bitkilərinin əkilib becərilməsinə,  heyvandarlığın inkişafında isə süni mayalanma tədbirlərinin aparılmasına  üstünlük verilməsinin vacibliyini vurğulayıb.

KOBİA-nın Naxçıvan Muxtar Respublikasındakı nümayəndəsi Aygün Quliyeva təsərrüfat sahiblərinə təsərrüfatların inkişaf etdirilməsi, onların kiçik və orta sahibkarlara çevrilmələri üçün güzəştli şərtlərlə kreditlərin verilməsinə köməkliklərin göstərilməsi istiqamətində işlər həyata keçirəcəklərini bildirib.

Müzakirələr zamanı təsərrüfat sahibləri tərəfindən meyvə bağlarına subsidiyanın verilməsi, keyfiyyətli toxum, kənd təsərrüfatı texnikalarının ehtiyat hissələri ilə təminatı və suvarma suyunun təmin olunmasına köməklik göstərilməsi məsələləri gündəmə gətirilib. 

Tədbirin sonunda Kəngərli rayonunun Qıvraq qəsəbəsində və Xıncab kəndində meyvə bağlarına, o cümlədən biçin həyata keçirilən taxıl sahələrinə baxış keçirilib.

Azərbaycan Respublikası
Naxçıvan Muxtar Respublikası
Kənd Təsərrüfatı Nazirliyi

nagro.gov.az
  • Əsas səhifə
  • Əsasnamə
  • Struktur
  • Konstitusiyalar
  • Əlaqə
  • E-məktub yazmaq
  • Ünvan: Naxçıvan şəhəri, Xətai məhəlləsi, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi.

    Telefon  : 545-02-47
    Elektron-poçt  : office@nagro.gov.az
    © 2023 Tərtibat və proqramlaşdırma: Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi