Bu gün Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin və Dövlət Baytarlıq Xidmətinin məsul şəxsləri Qurban bayramı ilə əlaqədar heyvanların satışı və kəsimi üçün ayrılmış ərazilərə baxış keçirib. Baxış zamanı aidiyyəti şəxslərə satış və kəsimə dair müvafiq qaydalara riayət olunması tapşırılmaqla, baytarlıq və sanitar-gigiyenik tələblərə əməl olunması tövsiyə olunub.
Qeyd edəki ki, muxtar respublikada Şərur, Sədərək, Kəngərli, Babək, Şahbuz, Culfa, Ordubad və Naxçıvan şəhəri üzrə ümumilikdə 3000 başa yaxın heyvanın satışının və kəsimin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Hazırda xüsusi ayrlımış ərazilərdə satış və kəsim təmin olunmuş və davam etdirilir. Bundan əlavə bazarlara çıxarılmadan şəxsi təsərrüfatlardan da qurbanlıq heyvanların kəsimi həyata keçirilir.
Əlavə olaraq qeyd edək ki, bayram günlərində Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi və Dövlət Baytarlıq Xidməti tərəfindən satış və kəsim yerlərinin monitorinqləri davam etdiriləcəkdir.
Ünvan: Naxçıvan şəhəri, Xətai məhəlləsi, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi.