20 iyun 2023-cü il tarixdə Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri vəzifəsini müvəqqəti icra edən, nazir müavini Xəyalə Dadaşova və Nazirliyin digər məsul şəxsləri Şahbuz rayonunda təsərrüfat sahibləri ilə görüşdə olub.
İlk öncə X.Dadaşova muxtar respublika ərazisində aparılan payızlıq əkinlərdən, əkinlərə göstərilən aqrotexniki qulluq qaydalarından danışıb. O, qeyd edib ki, əkinlərə gübrələrin verilməsi vaxtında təmin olunub. Subsidiyaya əsaslanan nağd ödənişlərin fermer kartlarına köçürülməsi təmin olunub. Şahbuz və Şərur rayonları üzrə təqdim edilən sənədlərdə uyğunsuzluq aşkar edildiyi üçün nağd ödənişlərin fermer kartlarına köçürülməsi yubansa da artıq bu məsələ də həllini tapıb.
O, yazlıq əkinlərin diqqətdə saxlanılmasının, subsidiya üçün tələb olunan sənədlərin vaxtında təqdim olunmasının zəruriliyini bildirib. Daha sonra heyvandarlıq təsərrüfatlarında mövcud vəziyyətdən danışıb. Bu sahədə də Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidməti tərəfindən təqdim edilən sənədlərdə də çatışmazlıqların olması səbəbindən doğulmuş buzovlara görə subsidiyaların verilməsinin gecikdiyini və bu istiqamətdə aidiyyəti üzrə müraciət edildiyini vurğulayıb. O, həmçinin gələcəktə 2018-ci ildə subsidiya almayan arıçılıq təsərrüfatlarına subsidiyaların ödəniləcəyini deyib.
Görüş zamanı dövlət başçısı İlham Əliyev tərəfindən 5 iyun 2022-ci il tarixdə imzalanan “Naxçıvan Muxtar Respublikasının sosial iqtisadi inkişafına dair 2023-2027 – ci illər üçün Dövlət Proqramı”nın muxtar respublika əhalisinin sosial rifah halını yaxşılaşdıracağına və istehsalçıların daha həvəslə çalışmasına səbəb olacağı da vurğulanıb.
Ünvan: Naxçıvan şəhəri, Xətai məhəlləsi, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi.