• Nazirlik
    Əsasnamə Kollegiya Struktur
  • Qanunvericilik
    Konstitusiyalar
  • Aqrar Sığorta Fondu
    • Məhsullarımız
      • Bitkiçilik
      • Heyvandarlıq
      • Akvakultura
    • Aqrar sığorta haqqında
    • Aqrar sığorta ilə bağlı maarifləndirici məlumatlar
  • Mətbuat
    Xəbərlər Fermerlərə məsləhət Hesabatlar Foto qalereya Video qalereya
  • Müraciətlər
    Əlaqə E-məktub yazmaq Qəbul günləri
  • Əsas səhifə
  • Nazirlik
    Əsasnamə Kollegiya Struktur
  • Qanunvericilik
    Konstitusiyalar
  • Aqrar Sığorta Fondu
    • Məhsullarımız
      • Bitkiçilik
      • Heyvandarlıq
      • Akvakultura
    • Aqrar sığorta haqqında
    • Aqrar sığorta ilə bağlı maarifləndirici məlumatlar
  • Mətbuat
    Xəbərlər Fermerlərə məsləhət Hesabatlar Foto qalereya Video qalereya
  • Müraciətlər
    Əlaqə E-məktub yazmaq

“Han İpekçilik Kuyumculuk Gıda” şirkətinin sahibi Yakup Erdemlə görüş keçirilib

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyində kənd təsərrüfatı naziri vəzifəsini müvəqqəti icra edən, nazir müavini Xəyalə Dadaşova Türkiyə Respublikasında fəaliyyət göstərən “Han İpekçilik Kuyumculuk Gıda” şirkətinin sahibi Yakup Erdemlə muxtar respublikada baramaçılığın və ipəkçiliyin inkişafı ilə bağlı görüş keçirib.

Görüşdə X.Dadaşova Ordubad rayonunun muxtar respublikada baramaçılığın inkişafındakı mühüm rolundan danışaraq  qeyd edib ki, vaxtı ilə ipəkçilik Naxçıvanın kənd təsərrüfatında, o cümlədən əhalinin məşğulluğunda vacib sahələrdən biri olub. Bölgədə ipəkçiliyin əsas mərkəzi isə Ordubad rayonu sayılıb. Hazırda muxtar respublikada baramaçılığın şöhrətinin bərpa edilməsi üçün əlverişli şərait vardır.

Daha sonra  muxtar respublikada baramaçılığın inkişaf etdirilməsi istiqamətində görüləcək işlər müzakirə olunub, müzakirədən sonra Yakup Erdemlə birgə Ordubad rayonunda  vaxtilə fəaliyyət göstərmiş baramaçılıq müəssisələrinə və cari ildə Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi ilə Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşə Nazirliyinin əməkdaşlığı çərçivəsində Ordubad rayonunun Əylis Düzündə yeni salınmış “Azərbaycan – Türkiyə ipək bağı” na baxış keçirilib.  

Azərbaycan Respublikası
Naxçıvan Muxtar Respublikası
Kənd Təsərrüfatı Nazirliyi

nagro.gov.az
  • Əsas səhifə
  • Əsasnamə
  • Struktur
  • Konstitusiyalar
  • Əlaqə
  • E-məktub yazmaq
  • Ünvan: Naxçıvan şəhəri, Xətai məhəlləsi, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi.

    Telefon  : 545-02-47
    Elektron-poçt  : office@nagro.gov.az
    © 2023 Tərtibat və proqramlaşdırma: Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi