Naxçıvan Muxtar Respublikası kənd təsərrüfatı nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra edən Xəyalə Dadaşovanın iştirakı ilə muxtar respublikanın fitosanitar və epizootik vəziyyətinin müəyyənləşdirilməsi məqsədilə yaradılan monitoriq qrupları ilə görülmüş işlər və mövcud vəziyyətin müzakirəsi aparılıb.
Fitosanitar monitoriqlər zamanı meyvə bağlarında zərərli orqanizmlərdən mənənələrin, üzümlüklərdə isə mildiumun (yalançı unlu şeh) müşahidə edildiyi bildirilib. Zərərli orqanizmlər aşkar edilən sahələrdən nümunələrin götürüldüyü və onlara qarşı mübarizə tədbirlərinin aparılması üçün təsərrüfat sahiblərinə müvafiq tövsiyələrin verildiyi qeyd edilib. O cümlədən taxıl əkini sahələrində aqrotexniki tədbirlərin düzgün aparılmaması nəticəsində vələmir, çovdar, sarıçiçək və s. alaq otlarının müsahidə olunduğu da vurğulanıb.
Epizootik monitorinqlər zamanı isə, heyvanlar arasında karantin mənşəli xəstəliklərə rast gəlinmədiyi bildirilib, ara-sıra sahibsiz itlərin və yırtıcı heyvanların təsərrüfatlara ziyan vurduğu qeyd olunub. Həmçinin örüş-otlaq sahələrinin bölgüsünün aparılmasında problemlərin mövcudluğu bərədə də məlumat verilib.
Xəyalə Dadaşova problemlərin həlli istiqamətində aidiyyəti tədbirllərin görülməsinə, o cümlədən monitorinq qrupları tərəfindən operativliyin təmin olunmasına dair müvafiq tapşırıqlar verib.
Ünvan: Naxçıvan şəhəri, Xətai məhəlləsi, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi.