• Nazirlik
    Əsasnamə Kollegiya Struktur
  • Qanunvericilik
    Konstitusiyalar
  • Aqrar Sığorta Fondu
    • Məhsullarımız
      • Bitkiçilik
      • Heyvandarlıq
      • Akvakultura
    • Aqrar sığorta haqqında
    • Aqrar sığorta ilə bağlı maarifləndirici məlumatlar
  • Mətbuat
    Xəbərlər Fermerlərə məsləhət Hesabatlar Foto qalereya Video qalereya
  • Müraciətlər
    Əlaqə E-məktub yazmaq Qəbul günləri
  • Əsas səhifə
  • Nazirlik
    Əsasnamə Kollegiya Struktur
  • Qanunvericilik
    Konstitusiyalar
  • Aqrar Sığorta Fondu
    • Məhsullarımız
      • Bitkiçilik
      • Heyvandarlıq
      • Akvakultura
    • Aqrar sığorta haqqında
    • Aqrar sığorta ilə bağlı maarifləndirici məlumatlar
  • Mətbuat
    Xəbərlər Fermerlərə məsləhət Hesabatlar Foto qalereya Video qalereya
  • Müraciətlər
    Əlaqə E-məktub yazmaq

Sahibkarlıq mühitində yeni üfüqlər: Naxçıvanda müasir istehsal müəssisələri yaradılır, yeni iş yerləri açılır

“Ləzzət Kağız Məhsulları İstehsalı” sahəsi fəaliyyətə başlayıb

Muxtar respublikada azad biznes mühitinin formalaşması sahibkarlıq subyektlərinin daha səmərəli fəaliyyətinə və yeni iş yerlərinin açılmasına şərait yaradır. Mayın 27-də “Ləzzət Qida Sənaye” MMC-nin tərkibində yeni “Kağız Məhsulları İstehsalı” sahəsi fəaliyyətə başlayıb.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfliyə məlumat verilib ki, istehsal və anbar sahələrindən ibarət olan müəssisənin yaradılması üçün 2 milyon 570 min 502 manat vəsaitayrılıb. Bu vəsaitin 550 min manatını dövlət maliyyə dəstəyi təşkil edir.

Türkiyə istehsalı olan müasir avadanlıqlar vasitəsilə istehsal və paketləmə prosesi tam avtomatlaşdırılıb. Müəssisədə 5 istehsal xətti fəaliyyət göstərir. 4 növdə, 8 çeşiddə və müxtəlif ölçülərdə salfet, 1 növdə karton-rulon istehsalı həyata keçirilir. Salfet istehsalı avadanlıqlarının istehsal gücü saatda 300-350 ədəddir. Karton-rulon istehsalı isə tələbata uyğun təmin edilir. Müəssisədə istehsal olunan məhsulların xammalı Türkiyə Respublikasından alınır və 100 faiz sellüloz maddələrdən əldə edilir. Alternativ xammal tədarükü məqsədilə Rusiya Federasiyası ilə danışıqlar aparılır.

Yeni istehsal müəssisəsində 20 nəfər işlə təmin olunub və satışdan asılı olaraq işçi sayının artırılması planlaşdırılır. İşçilər xüsusi geyimlə təmin edilib, yemək və çay təminatı müəssisə tərəfindən həyata keçirilir.

Yeni yaradılan “Naxçıvan Şərab” MMC-də 30-a yaxın işçi çalışacaq

“Ləzzət Qida Sənaye” MMC-nin tərkibində şərab istehsalı müəssisəsi də fəaliyyətə başlayacaq. 

Yeni yaradılan “Naxçıvan Şərab” MMC-də aparılan tikinti və quraşdırma işləri ilə tanış olan Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfliyə məlumat verilib ki, müəssisə istehsal, qablaşdırma, laboratoriya və anbar sahələrindən ibarətdir.

Azərbaycan Respublikası
Naxçıvan Muxtar Respublikası
Kənd Təsərrüfatı Nazirliyi

nagro.gov.az
  • Əsas səhifə
  • Əsasnamə
  • Struktur
  • Konstitusiyalar
  • Əlaqə
  • E-məktub yazmaq
  • Ünvan: Naxçıvan şəhəri, Xətai məhəlləsi, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi.

    Telefon  : 545-02-47
    Elektron-poçt  : office@nagro.gov.az
    © 2023 Tərtibat və proqramlaşdırma: Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi