• Nazirlik
    Əsasnamə Kollegiya Struktur
  • Qanunvericilik
    Konstitusiyalar
  • Aqrar Sığorta Fondu
    • Məhsullarımız
      • Bitkiçilik
      • Heyvandarlıq
      • Akvakultura
    • Aqrar sığorta haqqında
    • Aqrar sığorta ilə bağlı maarifləndirici məlumatlar
  • Mətbuat
    Xəbərlər Fermerlərə məsləhət Hesabatlar Foto qalereya Video qalereya
  • Müraciətlər
    Əlaqə E-məktub yazmaq Qəbul günləri
  • Əsas səhifə
  • Nazirlik
    Əsasnamə Kollegiya Struktur
  • Qanunvericilik
    Konstitusiyalar
  • Aqrar Sığorta Fondu
    • Məhsullarımız
      • Bitkiçilik
      • Heyvandarlıq
      • Akvakultura
    • Aqrar sığorta haqqında
    • Aqrar sığorta ilə bağlı maarifləndirici məlumatlar
  • Mətbuat
    Xəbərlər Fermerlərə məsləhət Hesabatlar Foto qalereya Video qalereya
  • Müraciətlər
    Əlaqə E-məktub yazmaq

Kənd Təsərrüfatı Nazirliyində Beynəlxalq Kənd Təsərrüfatı sərgisində iştirak edəcək sahibkarlar və ziyarətçilərlə görüş keçirilib

Kənd təsərrüfatı nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Xəyalə Dadaşova 2023-cü ilin 17-19 may tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcək 28-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi “İnterFood Azerbaijan” və 16-cı Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro” sərgilərində Naxçıvanı təmsil edəcək sahibkarlar və ziyarətçilərlə görüşmüşdür.

Görüşdə Xəyalə Dadaşova iştirakçılara sərgilərin məqsəd və mahiyyəti haqqında ətraflı məlumat verərək bildirmişdir ki, sərgilərdə Naxçıvan Muxtar Respublikasının təmsil olunması bir yenilik olmaqla yanaşı muxtar respublikanın fermerlərinə, eləcədə aqrar sahənin inkişafına stimul verəcəkdir. O, həmçinin bu il keçiriləcək sərgilərdə dünyanın 31 ölkəsindən 479 şirkətin təmsil olunacağını vurğulayıb.

O, deyd edib ki, muxtar respublika fermerləri ilk dəfədir  bu sərgidə iştirak edəcəkdir. Həmin sərgidə fermerlərə istehsal etdikləri məhsulların nümayişi üçün 27 m2-lik ərazi ayrılmışdır.

Sərgilərdə muxtar respublikada istehsal olunan müxtəlif növ kənd təsərrüfatı məhsulları, meyvə quruları, ət və ət məhsulları, süd və süd məhsulları, müalicəvi bitkilər, mineral sular, Naxçıvan duzu, mürəbbələr, turşular və digər məhsullar orqanik adı altında yaradılmış stentdə nümayiş olunacaq. Məqsəd Naxçıvanda istehsal olunan məhsullarının orqanikliyini önə çəkməklə, gələcəkdə fermerlərin biznes fəaliyyətini genişləndirməkdən ibarətdir.

Sonda sərginin tanıtımı haqqında çəkilmiş vidoçarx nümayiş edilib.

 

Azərbaycan Respublikası
Naxçıvan Muxtar Respublikası
Kənd Təsərrüfatı Nazirliyi

nagro.gov.az
  • Əsas səhifə
  • Əsasnamə
  • Struktur
  • Konstitusiyalar
  • Əlaqə
  • E-məktub yazmaq
  • Ünvan: Naxçıvan şəhəri, Xətai məhəlləsi, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi.

    Telefon  : 545-02-47
    Elektron-poçt  : office@nagro.gov.az
    © 2025 Tərtibat və proqramlaşdırma: Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi.