Bu gün Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyində Aqrar Subsidiya Şurasının iclası keçirilib. Aqrar Subsidiya Şurasının tərkibi Kənd Təsərrüfatı Nazirliyinin, İqtisadiyyat Nazirliyinin, Maliyyə Nazirliyinin, Dövlət Statistika Komitəsinin, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin və Ailə Təsərrüfatı İctimai Birliyinin əməkdaşlarından təşkil edilib.
İclas zamanı əkin subsidiyası ilə bağlı tələb olunan sənədlərin sadələşdirilməsi və elektron sistemə keçidlə bağlı məsələlər müzakirə olunub. Subsidiyaların verilməsində operativliyin və şəfaflığın təmin olunması üçün artıq neçə vaxtdır ki, Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşlarının gücləndirilmiş iş rejimində çalışdığı vurğulanıb.
Qeyd edək ki, hazırda muxtar respublikada “Elektron kənd təsərrüfatı” informasiya sistemi (EKTİS) və digər resurslar olmadığı üçün Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyində elektron informasiya sistemi yaradılana və Azərbaycan Respublikasının “Elektron kənd təsərrüfatı” informasiya sisteminə inteqrasiya olunanadək “Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalı ilə əlaqədar fiziki və hüquqi şəxslərə Naxçıvan Muxtar Respublikası büdcəsinin vəsaiti hesabına subsidiyaların verilməsinin müvəqqəti Qaydası” Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2023-cü il 20 aprel tarixli 163-VI FR nömrəli Fərmanı ilə təsdiq edilmişdir.
Ünvan: Naxçıvan şəhəri, Xətai məhəlləsi, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi.