• Nazirlik
    Əsasnamə Kollegiya Struktur
  • Qanunvericilik
    Konstitusiyalar
  • Aqrar Sığorta Fondu
    • Məhsullarımız
      • Bitkiçilik
      • Heyvandarlıq
      • Akvakultura
    • Aqrar sığorta haqqında
    • Aqrar sığorta ilə bağlı maarifləndirici məlumatlar
  • Mətbuat
    Xəbərlər Fermerlərə məsləhət Hesabatlar Foto qalereya Video qalereya
  • Müraciətlər
    Əlaqə E-məktub yazmaq Qəbul günləri
  • Əsas səhifə
  • Nazirlik
    Əsasnamə Kollegiya Struktur
  • Qanunvericilik
    Konstitusiyalar
  • Aqrar Sığorta Fondu
    • Məhsullarımız
      • Bitkiçilik
      • Heyvandarlıq
      • Akvakultura
    • Aqrar sığorta haqqında
    • Aqrar sığorta ilə bağlı maarifləndirici məlumatlar
  • Mətbuat
    Xəbərlər Fermerlərə məsləhət Hesabatlar Foto qalereya Video qalereya
  • Müraciətlər
    Əlaqə E-məktub yazmaq

Orqanik məhsul istehsalı imkanları yerli və xarici investorları Naxçıvana cəlb edir

Ərzaq təhlükəsizliyinin və ekoloji tarazlığın qorunması, orqanik məhsulların yetişdirilməsi və ixrac potensialının yüksəldilməsi, o cümlədən məşğulluğun artırılması və idxaldan asılılığın aradan qaldırılması Naxçıvanda aparılan aqrar islahatların tərkib hissəsidir. İlkin mərhələdə əkinəyararlı torpaqların, eyni zamanda bitkiçilik və heyvandarlıq təsərrüfatlarının dürüstləşdirilməsi üçün uçot işlərinə başlanılıb.

Bununla yanaşı Naxçıvanda ekoloji tarazlığın qorunması istiqamətində reallaşdırılan tədbirlər yerli və xarici investorların diqqətini çəkir, onların burada orqanik məhsul yetişdirilməsinə marağını artırır. Hazırda İsveçrənin "iCsquared GmbH" şirkəti tərəfindən Naxçıvan Muxtar Respublikasının Şərur və Kəngərli rayonlarında yerfıstığı əkini həyata keçirilir. Şirkət həmçinin əkin apardığı ərazilərdə sudan səmərəli və qənaətlə istifadənin təşkili üçün müasir suvarma sistemlərinin tətbiqi istiqamətində işlərə başlamışdır.

Yerfıstığı ilə yanaşı şirkət kartof və qarğıdalı əkinləri də həyata keçirmiş, növbəti mərhələdə isə qulançar bitkisinin əkininin aparılmasını planlaşdırır.

Naxçıvan Muxtar Respublikası kənd təsərrüfatı nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Xəyalə Dadaşova  Şərur rayonunun Zeyvə  kəndi yaxınlığında “Demat” adlanan ərazidə adıçəkilən şirkət tərəfindən həyata keçirilən yerfıstığı  əkininin gedişi ilə maraqlanıb,  təsərrüfatla məşğul olan kənd sakinləri ilə görüşüb, həmçinin ərazidəki meyvə bağına və taxıl əkini sahələrinə baxış keçirib.

Azərbaycan Respublikası
Naxçıvan Muxtar Respublikası
Kənd Təsərrüfatı Nazirliyi

nagro.gov.az
  • Əsas səhifə
  • Əsasnamə
  • Struktur
  • Konstitusiyalar
  • Əlaqə
  • E-məktub yazmaq
  • Ünvan: Naxçıvan şəhəri, Xətai məhəlləsi, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi.

    Telefon  : 545-02-47
    Elektron-poçt  : office@nagro.gov.az
    © 2023 Tərtibat və proqramlaşdırma: Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi