• Nazirlik
    Əsasnamə Kollegiya Struktur
  • Qanunvericilik
    Konstitusiyalar
  • Aqrar Sığorta Fondu
    • Məhsullarımız
      • Bitkiçilik
      • Heyvandarlıq
      • Akvakultura
    • Aqrar sığorta haqqında
    • Aqrar sığorta ilə bağlı maarifləndirici məlumatlar
  • Mətbuat
    Xəbərlər Fermerlərə məsləhət Hesabatlar Foto qalereya Video qalereya
  • Müraciətlər
    Əlaqə E-məktub yazmaq Qəbul günləri
  • Əsas səhifə
  • Nazirlik
    Əsasnamə Kollegiya Struktur
  • Qanunvericilik
    Konstitusiyalar
  • Aqrar Sığorta Fondu
    • Məhsullarımız
      • Bitkiçilik
      • Heyvandarlıq
      • Akvakultura
    • Aqrar sığorta haqqında
    • Aqrar sığorta ilə bağlı maarifləndirici məlumatlar
  • Mətbuat
    Xəbərlər Fermerlərə məsləhət Hesabatlar Foto qalereya Video qalereya
  • Müraciətlər
    Əlaqə E-məktub yazmaq

Ordubad rayonunda baramaçılığın və digər ənənəvi sahələrin inkişafı hədəf seçilib

Naxçıvan Muxtar Respublikası kənd təsərrüfatı nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Xəyalə Dadaşova Ordubad rayonuna səfər edib. İlk öncə rayonun təsərrüfat sahibləri ilə görüş keçirib. Rayonda kənd təsərrüfatının mövcud vəziyyəti müzakirə olunub, müzakirələr zamanı qədim ənənəvi məşğuliyyət növləri gündəmə gətirilib. X.Dadaşova rayon üçün xüsusi əhəmiyyət daşıyan heyvandarlıq və bitkiçiliyin inkişafının önəmli olduğunu deyib. Ordubad əhalisinin qədim ənənəvi məşğuliyyət sahəsi olan baramaçılığın bərpasının inkişaf etdirilməsinin proritet olduğunu və bu istiqamətdə mühüm işlərin görüldüyünü deyib. O, baramaçılıqla yanaşı arıçılıq sahəsində də müvafiq tədbirlərin görüldüyünü və arıçılara dəstək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 18 sentyabr tarixli 400 nömrəli Qərarı ilə təsdiq edilmiş “Arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiya verilməsi Qaydası”nın tələblərinə əsasən 2018-ci ildə fəaliyyət göstərən arıçılara ödənilməyən subsidiyaların cari ildə  verilməsinin təmin olunacağını bildirib.

Nazir müavini bitkiçiliklə bağlı Ordubad əriyinin, limonunun və digər quru meyvələrin tək Azərbaycanda deyil bır sıra ölkələrdə artıq tanındığını  və  həmin məhsulların ixrac potensialının artırılmasının baş tutacağı halda, digər Ordubad məhsullarının da ixrac coğrafiyasının genişləndirilməsinə təkan verəcəyini vurğulayıb.

Görüşün sonunda rayon ərazisində yerləşən çoxillik əkmələrin, həmçinin yeni salınmış “Azərbaycan-Türkiyə İpək Bağı”nın ilkin fitosanitar vəziyyəti qiymətləndirilib, daha sonra uzun illər fəaliyyət göstərməyən, yararsız hala düşmüş Ordubad Barama Toxumu Zavoduna, o cümlədən baramaqurutma, baramaaçma və ipək istehsalı istiqamətli Fabrikə baxış keçirilib.

Azərbaycan Respublikası
Naxçıvan Muxtar Respublikası
Kənd Təsərrüfatı Nazirliyi

nagro.gov.az
  • Əsas səhifə
  • Əsasnamə
  • Struktur
  • Konstitusiyalar
  • Əlaqə
  • E-məktub yazmaq
  • Ünvan: Naxçıvan şəhəri, Xətai məhəlləsi, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi.

    Telefon  : 545-02-47
    Elektron-poçt  : office@nagro.gov.az
    © 2025 Tərtibat və proqramlaşdırma: Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi.