Babək rayonunun Qahab və Naxışnərgiz kəndlərində suvarma suyu ilə bağlı problemlərin həlli istiqamətində Naxçıvan Muxtar Respublikası kənd təsərrüfatı nazirinin müavini Xəyalə Dadaşova fermerlərlə görüş keçirib. Görüşdə Babək Rayon İcra Hakimiyyətinin başçısı Rasim Hüseynov və Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Elnur Behbudov da iştirak edib.
İlk öncə fermerlər dinlənilib, daha sonra qaldırılan problemlərin müzakirəsi aparılıb. Xəyalə Dadaşova suvarma suyunun qrafik əsasında verilməsinin vacibliyini, bununla bağlı növbəlilik prinsiplərinin, o cümlədən ədalətli bölgünün zəruri olduğunu diqqətə çatdırıb. O, növbəti əkinlər zamanı rayonların suvarma suyu ilə təminatının real vəziyyəti nəzərə alınmaqla əkinlərin həyata keçiriləcəyini vurğulayıb. Bununla yanaşı muxtar respublika ərazisində suvarma suyu ilə təminatın yaxşılaşdırılması istiqamətində işlərin aparıldığını da qeyd edib.
Sonda rayon ərazisində olan taxıl əkini sahələrinə baxış keçirilib.
Ünvan: Naxçıvan şəhəri, Xətai məhəlləsi, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi.