Aqrar sahənin inkişafı, əhalinin keyfiyyətli ərzaq məhsulları ilə təminatının yaxşılaşdırılması, həmçinin məşğulluq imkanlarının artırılması ölkənin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirilmişdir.
Müasir dövrdə kənd təsərrüfatının inkişafı istiqamətində qabaqcıl innovasiyaların tətbiq edilməsi bu sahədə vaxt itkisinin qarşısının alınmasına, operativliyin təmin olunmasına, əl əməyinin yüngülləşdirilməsinə, məhsuldarlığın artırılmasına və əhalinin maddi rifah halının yaxşılaşdırılmasına öz tövhəsini vermişdir. Aqrar sahə iqtisadiyyatın inkişafında, həm də qida tədarükçüsü olaraq insanların həyatında böyük rol oynayır. Məhz buna görə də zamanla ən ağır zəhmət tələb edən kənd təsərrüfatı sahəsində çalışan işçilərin əməyi əvəzolunmaz hesab edilmiş, dövlət tərəfindən yüksək qiymətləndirilmişdir.
Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi tərəfindən sözügedən ənənələrin davam etdirilməsi məqsədilə yaxın keçmişdə və hazırda kənd təsərrüfatı sahəsinə töhfə verən, əməyi keçən mütəxəssislərdən ibarət “Aqrar Mütəxəssis Bankı”nın yaradılması planlaşdırılmışdır.
“Aqrar Mütəxəssis Bankı”nın formalaşmasında iştirak etmək, muxtar respublikada kənd təsərrüfatının inkişafına töhfə vermək istəyən mütəxəssislərin Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinə (əlaqə vasitələri: telefon (+994 36) 545-02-47; elektron-poçt: office@nagro.gov.az) və ya yaşadıqları ərazi üzrə rayon (şəhər) icra hakimiyyətlərinə müraciət etmələri tövsiyə olunur.
Ünvan: Naxçıvan şəhəri, Xətai məhəlləsi, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi.