Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Fitosanitar nəzarəti, bitkilərin mühafizəsi və karantini şöbəsinin mütəxəssisləri tərəfindən əkin sahələrində siçan və siçanabənzər gəmiricilərin geniş yayılmasının qarşısının alınması məqsədilə onların yayıldığı ərazilərində monitorinqlər həyata keçirilir.
Məlum olduğu kimi siçan və siçanabənzər gəmiricilər kənd təsərrüfatı bitkiləri üçün ciddi təhlükə törədir. Onlar toxumların cücərmə dövründən başlayaraq, vegetasiyanın sonuna qədər bitkilərə zərər vurmaqla məhsuldarlığın böyük ölçüdə aşağı düşməsinə səbəb olurlar.
Gəmiricilərə qarşı mübarizə bir hektarda işlək yuvaların sayı payız mövsümündə 50, erkən yazda 75, yaz mövsümündə isə 100 yuvadan çox olduqda aparılır.
Torpaq mülkiyyətçilərinin gəmiricilərin müşahidə edildiyi ilk dövrlərdə Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinə müraciət etməsi tövsiyə olunur.
Ünvan: Naxçıvan şəhəri, Xətai məhəlləsi, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi.