• Nazirlik
    Əsasnamə Kollegiya Struktur
  • Qanunvericilik
    Konstitusiyalar
  • Aqrar Sığorta Fondu
    • Məhsullarımız
      • Bitkiçilik
      • Heyvandarlıq
      • Akvakultura
    • Aqrar sığorta haqqında
    • Aqrar sığorta ilə bağlı maarifləndirici məlumatlar
  • Mətbuat
    Xəbərlər Fermerlərə məsləhət Hesabatlar Foto qalereya Video qalereya
  • Müraciətlər
    Əlaqə E-məktub yazmaq Qəbul günləri
  • Əsas səhifə
  • Nazirlik
    Əsasnamə Kollegiya Struktur
  • Qanunvericilik
    Konstitusiyalar
  • Aqrar Sığorta Fondu
    • Məhsullarımız
      • Bitkiçilik
      • Heyvandarlıq
      • Akvakultura
    • Aqrar sığorta haqqında
    • Aqrar sığorta ilə bağlı maarifləndirici məlumatlar
  • Mətbuat
    Xəbərlər Fermerlərə məsləhət Hesabatlar Foto qalereya Video qalereya
  • Müraciətlər
    Əlaqə E-məktub yazmaq

Kəngərli rayonunda arıçılarla görüş keçirilib

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirlyinin Heyvandarlıq, damazlıq işi və otlaqlar şöbəsinin əməkdaşları tərəfindən Kəngərli Rayon İcra Hakimiyyətinin nümayəndələri ilə birlikdə Çalxanqala kəndində arıçılıqla məşğul olan sahibkarların iştirakı ilə “Arıçıların yaz qayğıları və arıçılıqda yeni texnologiyaların tətbiqinin əhəmiyyəti” mövzusunda maarifləndirici görüş keçirilib.

Görüşüdə Kəngərli Rayon İcra Hakimiyyətinin əməkdaşı Ağa Seyidov son illər rayonda arıçılığa marağın artmasından və bu sahəyə göstərilən dövlət dəstəyindən danışıb.

Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları yaz aylarında arılara zoobaytar qaydalarına uyğun qulluq edilməsindən və tempuraturun aşağı olduğu dövrlərdə arı ailələrinə ilkin yaz yoxlanışının aparılmasının əhəmiyyətindən danışıblar. O cümlədən arıçılıqda müasir üsulların tətbiqi ilə arı ailələrinin sayının artırılması, damazlıq və ana arı yetişdirilməsinin təşkili, köçəri arıçılığın inkişafı, xəstəliklərə qarşı mübarizə tədbirlərinin aparılması, arıçılıq məhsullarının istehsalı, tədarükü, emalı və qablaşdırılması haqqında tədbir iştirakçılarına ətraflı məlumat verilib.

Tədbirin sonunda təsərrüfat sahiblərini maraqlandıran suallar cavablandırılıb. Mütəxəssislər tərəfindən hazırlanan bukletlər onlara təqdim olunub.

Daha sonra təsərrüfat sahibi Şəmsi Nəcəfovun arıxanasında arı ailələrinə baxış keçirilib, mövcud vəziyyət qiymətləndirilib və aşkar olunan problemlərin həll yolları arıçılara izah edilib.

Azərbaycan Respublikası
Naxçıvan Muxtar Respublikası
Kənd Təsərrüfatı Nazirliyi

nagro.gov.az
  • Əsas səhifə
  • Əsasnamə
  • Struktur
  • Konstitusiyalar
  • Əlaqə
  • E-məktub yazmaq
  • Ünvan: Naxçıvan şəhəri, Xətai məhəlləsi, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi.

    Telefon  : 545-02-47
    Elektron-poçt  : office@nagro.gov.az
    © 2023 Tərtibat və proqramlaşdırma: Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi