• Nazirlik
    Əsasnamə Kollegiya Struktur
  • Qanunvericilik
    Konstitusiyalar
  • Aqrar Sığorta Fondu
    • Məhsullarımız
      • Bitkiçilik
      • Heyvandarlıq
      • Akvakultura
    • Aqrar sığorta haqqında
    • Aqrar sığorta ilə bağlı maarifləndirici məlumatlar
  • Mətbuat
    Xəbərlər Fermerlərə məsləhət Hesabatlar Foto qalereya Video qalereya
  • Müraciətlər
    Əlaqə E-məktub yazmaq Qəbul günləri
  • Əsas səhifə
  • Nazirlik
    Əsasnamə Kollegiya Struktur
  • Qanunvericilik
    Konstitusiyalar
  • Aqrar Sığorta Fondu
    • Məhsullarımız
      • Bitkiçilik
      • Heyvandarlıq
      • Akvakultura
    • Aqrar sığorta haqqında
    • Aqrar sığorta ilə bağlı maarifləndirici məlumatlar
  • Mətbuat
    Xəbərlər Fermerlərə məsləhət Hesabatlar Foto qalereya Video qalereya
  • Müraciətlər
    Əlaqə E-məktub yazmaq

Babək rayonunda torpaq mülkiyyətçiləri ilə görüş keçirilib

Şıxmahmud kəndində təşkil olunan maarifləndirici tədbirdə Babək Rayon İcra Hakimiyyətinin əməkdaşı Müşviq Məmmədsoy dövlət dəstəyi ilə son illər Babək rayonunda kənd təsərrüfatı sahəsinin inkişafından danışıb, qarşıya qoyulan tapşırıqların icrası ilə bağlı görülən işləri diqqətə çatdırıb.

Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin, Kənd Təsərrüfatı və Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları çıxış edərək torpaq mülkiyyətçilərinə kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və ixracının stimullaşdırılması, həmçinin torpaqların münbitliyinin artırılmasına dair qəbul edilmiş müvafiq Dövlət Proqramlarının həyata keçirilməsi ilə bağlı görülən tədbirlər barədə məlumat veriblər.

Aid təşkilatların nümayəndələri tərəfindən torpaqlardan təyinatına uyğun səmərəli istifadə edilməsi və əkilməyən kənd təsərrüfatına yararlı torpaqların əkin dövriyyəsinə cəlb edilməsi, gübrələrdən düzgün istifadənin məhsuldarlıqda əsas amil olması, yay, qış otlaqlarında və digər otlaq ərazilərdə eroziyanın və səhralaşmanın qarşısının alınması, qrunt sularının səviyyəsinin yüksək olduğu ərazilərdə yeni drenaj-kollektor şəbəkələrinin tikintisinin üstünlüyü barədə iştirakçılar maarifləndirilib.

Sonda mövzu ətrafında müzakirələr aparılıb, təsərrüfat sahiblərini maraqlandıran suallara ətraflı aydınlıq gətirilib və maarifləndirici bukletlər təqdim olunub.

Azərbaycan Respublikası
Naxçıvan Muxtar Respublikası
Kənd Təsərrüfatı Nazirliyi

nagro.gov.az
  • Əsas səhifə
  • Əsasnamə
  • Struktur
  • Konstitusiyalar
  • Əlaqə
  • E-məktub yazmaq
  • Ünvan: Naxçıvan şəhəri, Xətai məhəlləsi, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi.

    Telefon  : 545-02-47
    Elektron-poçt  : office@nagro.gov.az
    © 2023 Tərtibat və proqramlaşdırma: Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi