• Nazirlik
    Əsasnamə Kollegiya Struktur
  • Qanunvericilik
    Konstitusiyalar
  • Aqrar Sığorta Fondu
    • Məhsullarımız
      • Bitkiçilik
      • Heyvandarlıq
      • Akvakultura
    • Aqrar sığorta haqqında
    • Aqrar sığorta ilə bağlı maarifləndirici məlumatlar
  • Mətbuat
    Xəbərlər Fermerlərə məsləhət Hesabatlar Foto qalereya Video qalereya
  • Müraciətlər
    Əlaqə E-məktub yazmaq Qəbul günləri
  • Əsas səhifə
  • Nazirlik
    Əsasnamə Kollegiya Struktur
  • Qanunvericilik
    Konstitusiyalar
  • Aqrar Sığorta Fondu
    • Məhsullarımız
      • Bitkiçilik
      • Heyvandarlıq
      • Akvakultura
    • Aqrar sığorta haqqında
    • Aqrar sığorta ilə bağlı maarifləndirici məlumatlar
  • Mətbuat
    Xəbərlər Fermerlərə məsləhət Hesabatlar Foto qalereya Video qalereya
  • Müraciətlər
    Əlaqə E-məktub yazmaq

Şahbuz rayonunda heyvandarlıq təsərrüfatı sahibləri ilə görüş keçirilib

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq, damazlıq işi və otlaqlar şöbəsinin mütəxəssisləri Şahbuz Rayon İcra Hakimiyyətinin nümayəndələri ilə birlikdə rayonun Kolanı kəndində heyvandarlığın inkişaf etdirilməsi istiqamətində sahibkarlarla görüş keçirib.

Görüşdə Şahbuz Rayon İcra Hakimiyyətinin əməkdaşı Orxan Əlizadə rayonda heyvandarlığın inkişafından və bu sahəyə göstərilən dövlət dəstəyindən danışıb.

Kənd Təsərrüfatı Nazirliyinin aparıcı məsləhətçisi Umar Şükürlü mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasında süni mayalanma tədbirlərinin aparılması və heyvanlara zoobaytar qaydalarına uyğun qulluq edilməsinin əhəmiyyətindən danışıb.

Nazirliyin əməkdaşları tərəfindən otlaqlardan səmərəli istifadə edilməsi, xırdabuynuzlu heyvanlar arasında döl kompaniyasının mütəşəkkil keçirilməsi, quzulara zoobaytar qaydalarına uyğun qulluq edilməsi, baytarlıq tədbirlərinin vaxtında və düzgün aparılması  haqqında təsərrüfat sahiblərinə tövsiyələr verilib.

Sonda təsərrüfat sahiblərini maraqlandıran suallar cavablandırılıb. Mütəxəssislər tərəfindən hazırlanan bukletlər tədbir iştirakçılarına paylanıb.

Daha sonra mütəxəssislər Mehdi Nəcəfovun təsərrüfatına baxış keçirib, mövcud problemlər və onların həlli yolları, heyvandarlıqda düzgün yem rasionun tərtib edilməsi qaydaları, buzov və quzular arasında helmintozlarla mübarizənin vaxtında aparılmasının əhəmiyyəti haqqında təsərrüfat sahibinə ətraflı məlumat veriblər.

Azərbaycan Respublikası
Naxçıvan Muxtar Respublikası
Kənd Təsərrüfatı Nazirliyi

nagro.gov.az
  • Əsas səhifə
  • Əsasnamə
  • Struktur
  • Konstitusiyalar
  • Əlaqə
  • E-məktub yazmaq
  • Ünvan: Naxçıvan şəhəri, Xətai məhəlləsi, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi.

    Telefon  : 545-02-47
    Elektron-poçt  : office@nagro.gov.az
    © 2023 Tərtibat və proqramlaşdırma: Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi