• Nazirlik
    Əsasnamə Kollegiya Struktur
  • Qanunvericilik
    Konstitusiyalar
  • Aqrar Sığorta Fondu
    • Məhsullarımız
      • Bitkiçilik
      • Heyvandarlıq
      • Akvakultura
    • Aqrar sığorta haqqında
    • Aqrar sığorta ilə bağlı maarifləndirici məlumatlar
  • Mətbuat
    Xəbərlər Fermerlərə məsləhət Hesabatlar Foto qalereya Video qalereya
  • Müraciətlər
    Əlaqə E-məktub yazmaq Qəbul günləri
  • Əsas səhifə
  • Nazirlik
    Əsasnamə Kollegiya Struktur
  • Qanunvericilik
    Konstitusiyalar
  • Aqrar Sığorta Fondu
    • Məhsullarımız
      • Bitkiçilik
      • Heyvandarlıq
      • Akvakultura
    • Aqrar sığorta haqqında
    • Aqrar sığorta ilə bağlı maarifləndirici məlumatlar
  • Mətbuat
    Xəbərlər Fermerlərə məsləhət Hesabatlar Foto qalereya Video qalereya
  • Müraciətlər
    Əlaqə E-məktub yazmaq

“Araz” Elm İstehsalat Birliyinin taxıl sahələrində monitorinq keçirilib

Naxçıvan Muxtar Respublikası kənd təsərrüfatı nazirinin müavini Xəyalə Dadaşovanın iştirakı ilə mövcud vəziyyətin yerində təhlil edilərək qabaqlayıcı tədbirlərin görülməsi məqsədilə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Akademik Həsən Əliyev adına “Araz” Elm İstehsalat Birliyinin əkin sahələrində 2022-ci ilin payızında əkilmiş taxıl əkinlərinin monitorinqi keçirilib.

Monitorinq zamanı Birliyin əkin sahələrində muxtar respublikada buğda və arpa sortlarının qorunub saxlanması, sortların yerli şəraitə uyğunlaşdırılması və xüsusiyyətlərinin öyrənilərək zonalar üzrə rayonlaşdırılmasının təmin edilməsi məqsədilə əkilmiş 44 (32 yumuşaq, 7 bərk buğda, 5 arpa) sort-sınaq təcrübə əkinlərinə və torpaq-iqlim şəraitində, bərk və yumşaq buğda genotiplərinin tədqiqi, quraqlığa, şaxtaya, xəstəlik və zərərvericilərə qarşı davamlılıq xüsusiyyətlərinin və məhsuldarlıq elementlərinin öyrənilməsi məqsədilə təcrübə pitomnikində 2022-2023-cü illərdə tədqiqata cəlb edilmiş 80 sort və hibrid (12 bərk, 68 yumşaq buğda) üzərində aparılan tədqiqat işlərinə baxış keçirilib. Həmçinin geniş ərazilərdə əkilmiş Bayraktar, Qobustan, Ahmetağa, yeni sortlardan Alekseeiç, Tanya, Qrom, Qomer buğda sortlarının əkin sahələrində müşahidələr aparılıb. Sahələrə karbamid gübrəsi verilib.

Azərbaycan Respublikası
Naxçıvan Muxtar Respublikası
Kənd Təsərrüfatı Nazirliyi

nagro.gov.az
  • Əsas səhifə
  • Əsasnamə
  • Struktur
  • Konstitusiyalar
  • Əlaqə
  • E-məktub yazmaq
  • Ünvan: Naxçıvan şəhəri, Xətai məhəlləsi, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi.

    Telefon  : 545-02-47
    Elektron-poçt  : office@nagro.gov.az
    © 2023 Tərtibat və proqramlaşdırma: Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi