• Nazirlik
    Əsasnamə Kollegiya Struktur
  • Qanunvericilik
    Konstitusiyalar
  • Aqrar Sığorta Fondu
    • Məhsullarımız
      • Bitkiçilik
      • Heyvandarlıq
      • Akvakultura
    • Aqrar sığorta haqqında
    • Aqrar sığorta ilə bağlı maarifləndirici məlumatlar
  • Mətbuat
    Xəbərlər Fermerlərə məsləhət Hesabatlar Foto qalereya Video qalereya
  • Müraciətlər
    Əlaqə E-məktub yazmaq Qəbul günləri
  • Əsas səhifə
  • Nazirlik
    Əsasnamə Kollegiya Struktur
  • Qanunvericilik
    Konstitusiyalar
  • Aqrar Sığorta Fondu
    • Məhsullarımız
      • Bitkiçilik
      • Heyvandarlıq
      • Akvakultura
    • Aqrar sığorta haqqında
    • Aqrar sığorta ilə bağlı maarifləndirici məlumatlar
  • Mətbuat
    Xəbərlər Fermerlərə məsləhət Hesabatlar Foto qalereya Video qalereya
  • Müraciətlər
    Əlaqə E-məktub yazmaq

Daxili Qoşunların Şərur rayonu ərazisində yerləşən hərbi hissəsində xidmət və yaşayış şəraiti ilə tanışlıq olub

Martın 11-də - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının yaranmasının 31-ci ildönümü ərəfəsində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Daxili Qoşunların Şərur rayonu ərazisində yerləşən hərbi hissəsində xidmət və yaşayış şəraiti ilə tanış olub.

Səlahiyyətli nümayəndə hərbi hissənin xatirə kitabını yazıb.

Hərbi hissənin balansında olan silah, xüsusi vasitələr, avtomobil və zirehli texnikaların nümayişi olub.

Hərbi hissə ilə tanışlıqdan sonra keçirilən tədbirdə əvvəlcə şəhidlərin və Ulu Öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri polis polkovniki Süleyman Neymətov çıxış edərək Azərbaycan Respublikasının daxili işlər naziri adından şəxsi heyəti Daxili Qoşunların yaranmasının 31-ci ildönümü münasibətilə təbrik edib. Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən həyata keçirilən tədbirlər nəticəsində Daxili Qoşunların keçdiyi böyük təşkilatlanma və inkişaf yolundan, hərbi qulluqçuların Vətən müharibəsində göstərdiyi şücaətdən danışıb. Daxili Qoşunların şəxsi heyətinin ölkə Prezidenti tərəfindən qarşıya qoyulan tapşırıqları hər an yerinə yetirməyə qadir olduğu vurğulanıb.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli şəxsi heyəti “Heydər Əliyev İli” və Daxili Qoşunların yaranmasının 31-ci ildönümü münasibətilə təbrik edərək deyib ki, Daxili Qoşunların yaranması günü məhz Ulu Öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Birinci Qarabağ müharibəsində həm şəhidlərimiz, eyni zamanda qazilərimiz olub. Uzun müddət ərzində səbrlə, təmkinlə yürüdülmüş siyasət məhz ona xidmət edirdi ki, həm ordunun, həm də daxili qoşunların maddi-texniki bazası təkmilləşdirilsin və müasir standartlara uyğunlaşdırılsın. Ali Baş Komandan, ölkə Prezidenti cənab İlham Əliyevin bu sahəyə diqqəti Azərbaycan Ordusunun və Daxili Qoşunların inkişafına səbəb olub. Bunun nəticəsində Vətən müharibəsində düşmənə layiqli cavab verildi. Əgər lazım olarsa, bundan sonra da rəşadətli övladlar yetişdirmiş bu torpaq və onun oğulları düşmənə yerini göstərəcək.

Sonda hərbi hissənin əsgər yeməkxanasında şəxsi heyətlə birlikdə nahar edilib.

Əsgər Xəyal Məmmədov yaradılan şəraitə görə ölkə Prezidentinə minnətdarlığını bildirib.

Azərbaycan Respublikası
Naxçıvan Muxtar Respublikası
Kənd Təsərrüfatı Nazirliyi

nagro.gov.az
  • Əsas səhifə
  • Əsasnamə
  • Struktur
  • Konstitusiyalar
  • Əlaqə
  • E-məktub yazmaq
  • Ünvan: Naxçıvan şəhəri, Xətai məhəlləsi, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi.

    Telefon  : 545-02-47
    Elektron-poçt  : office@nagro.gov.az
    © 2023 Tərtibat və proqramlaşdırma: Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi