• Nazirlik
    Əsasnamə Kollegiya Struktur
  • Qanunvericilik
    Konstitusiyalar
  • Aqrar Sığorta Fondu
    • Məhsullarımız
      • Bitkiçilik
      • Heyvandarlıq
      • Akvakultura
    • Aqrar sığorta haqqında
    • Aqrar sığorta ilə bağlı maarifləndirici məlumatlar
  • Mətbuat
    Xəbərlər Fermerlərə məsləhət Hesabatlar Foto qalereya Video qalereya
  • Müraciətlər
    Əlaqə E-məktub yazmaq Qəbul günləri
  • Əsas səhifə
  • Nazirlik
    Əsasnamə Kollegiya Struktur
  • Qanunvericilik
    Konstitusiyalar
  • Aqrar Sığorta Fondu
    • Məhsullarımız
      • Bitkiçilik
      • Heyvandarlıq
      • Akvakultura
    • Aqrar sığorta haqqında
    • Aqrar sığorta ilə bağlı maarifləndirici məlumatlar
  • Mətbuat
    Xəbərlər Fermerlərə məsləhət Hesabatlar Foto qalereya Video qalereya
  • Müraciətlər
    Əlaqə E-məktub yazmaq

Təsərrüfat sahiblərinin iştirakı ilə tarla müşavirəsi keçirilib

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Toxumçuluq və Bitkilərin Mühafizəsi İdarəsinin əməkdaşları Şərur Rayon İcra Hakimiyyətinin nümayəndələri ilə birgə rayonun Xanlıqlar kəndində bir sıra təsərrüfat sahiblərinin iştirakı ilə “Erkən yazda meyvə bağlarında aparılacaq aqrotexniki tədbirlər, xəstəlik və zərərvericilərə qarşı kimyəvi mübarizə tədbirlərinin aparılması” mövzusunda tarla müşavirəsi keçiriblər.

Müşavirəni Şərur Rayon İcra Hakimiyyətinin əməkdaşı Osman Cəlil açaraq tədbirin əhəmiyyətindən,  rayonda kənd təsərrüfatının inkişaf etdirilməsindən danışıb.

Müşavirədə Toxumçuluq və Bitkilərin Mühafizəsi İdarəsinin müdiri Niyamət İsayev çəyirdəkli və tumlu meyvə ağaclarında  müşahidə olunan xəstəlik və zərərvericilər, onların ağaclara vurduğu ziyanlar barədə çıxış edib. O, xəstəlik və zərərvericilərə qarşı tətbiq olunan dərmanların istifadə qaydası, vaxtı, o cümlədən tətbiq edilməsi haqqında məlumat verib. Həmçinin kimyəvi mübarizə ilə yanaşı təbii mübarizə üsullarının tətbiq edilməsindən danışıb.

Toxumçuluq və Bitkilərin Mühafizəsi İdarəsinin müdir müavini Bəybala Rüstəmov erkən yazda meyvə bağlarında nəzərdə tutulan aqrotexniki tədbirlər haqqında danışaraq qeyd edib ki, meyvə bağlarında qurumuş və zədəli budaqlar kəsilib sahədən kənarda yandırılmalı, cərgəarası şumlama işləri aparılmalı, ağaclara forma vermək məqsədilə quru budama işləri görülməlidir. Mövsümə uyğun olaraq ağacları çoxaltmaq məqsədilə göz və qələm calaqları vurulmalıdır. 

İdarənin şöbə müdiri  Kərəm  Rəhimov meyvə bağlarında müşahidə olunan unlu şeh, yalançı unlu şeh, dəmgil, müxtəlif pas xəstəlikləri, moniliya yanığı xəstəliklərinə qarşı aqrotexniki və kimyəvi mübarizə üsullarının aparılması, xəstəliklərin müşahidə olunma vaxtı, əlamətləri, onların ağaclara vurduğu zərər və tətbiq olunan kimyəvi preparatların istifadə qaydaları haqqında məlumat verib.

Sonda təsərrüfat sahiblərini maraqlandıran suallar cavablandırılıb.

 

Azərbaycan Respublikası
Naxçıvan Muxtar Respublikası
Kənd Təsərrüfatı Nazirliyi

nagro.gov.az
  • Əsas səhifə
  • Əsasnamə
  • Struktur
  • Konstitusiyalar
  • Əlaqə
  • E-məktub yazmaq
  • Ünvan: Naxçıvan şəhəri, Xətai məhəlləsi, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi.

    Telefon  : 545-02-47
    Elektron-poçt  : office@nagro.gov.az
    © 2025 Tərtibat və proqramlaşdırma: Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi.