Martın 2-də Naxçıvan Muxtar Respublikası kənd təsərrüfatı nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Xəyalə Dadaşova kollektivə təqdim olunub.
Xəyalə Dadaşovanı kollektivə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli və Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov təqdim ediblər.
Təqdimat zamanı Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin fəaliyyəti geniş təhlil olunub, mövcud problemlər və qarşıda duran vəzifələr diqqətə çatdırılıb.
Qeyd edək ki, fevralın 28-də Xəyalə Xalıqverdi qızı Dadaşova Naxçıvan Muxtar Respublikası kənd təsərrüfatı nazirinin müavini təyin edilib, eyni zamanda Naxçıvan Muxtar Respublikası kənd təsərrüfatı nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti nazir müavini Xəyalə Dadaşovaya verilib. O, Naxçıvana təyinatdan öncə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyində çalışıb.
Ünvan: Naxçıvan şəhəri, Xətai məhəlləsi, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi.