• Nazirlik
    Əsasnamə Kollegiya Struktur
  • Qanunvericilik
    Konstitusiyalar
  • Aqrar Sığorta Fondu
    • Məhsullarımız
      • Bitkiçilik
      • Heyvandarlıq
      • Akvakultura
    • Aqrar sığorta haqqında
    • Aqrar sığorta ilə bağlı maarifləndirici məlumatlar
  • Mətbuat
    Xəbərlər Fermerlərə məsləhət Hesabatlar Foto qalereya Video qalereya
  • Müraciətlər
    Əlaqə E-məktub yazmaq Qəbul günləri
  • Əsas səhifə
  • Nazirlik
    Əsasnamə Kollegiya Struktur
  • Qanunvericilik
    Konstitusiyalar
  • Aqrar Sığorta Fondu
    • Məhsullarımız
      • Bitkiçilik
      • Heyvandarlıq
      • Akvakultura
    • Aqrar sığorta haqqında
    • Aqrar sığorta ilə bağlı maarifləndirici məlumatlar
  • Mətbuat
    Xəbərlər Fermerlərə məsləhət Hesabatlar Foto qalereya Video qalereya
  • Müraciətlər
    Əlaqə E-məktub yazmaq

Torpaqların qida maddələri ilə təminolunma kartoqramlarının təqdimatı olub

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeli qurumu Akademik Həsən Əliyev adına “Araz” Elm İstehsalat Birliyinin və Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin əməkdaşları Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Bələdiyyə sədrlərinin və torpaq mülkiyyətçilərinin iştirakı ilə Naxçıvan Şəhər Əliabad qəsəbəsində “Bitkilərin məhsuldarlığının artırılmasında, gübrələrdən düzgün və səmərəli istifadənin rolu” mövzusunda  müşavirə keçiriblər.

Müşavirəni Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı Pərvin Səfərov açıb.

Tədbirdə Akademik Həsən Əliyev adına “Araz” Elm İstehsalat Birliyinin elmi işlər üzrə  direktor  müavini  Rahət Hacıyev “Torpaq münbitliyinin əhəmiyyəti və onun artırılması yolları”,  Aqrokimya, torpaqşünaslıq və  torpaqların kütləvi analizləri şöbəsinin müdiri Fazilə Fərəcova  “Torpaq analizləri və torpaqların qida maddələri ilə təmin olunma  kartoqramlarının əhəmiyyəti”, Naxçıvan Muxtar Respublikası Daşınmaz  Əmlak  və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin sektor müdiri Oktay Məmmədov “Torpaqlardan səmərəli istifadə və torpaq mülkiyyətçilərinin mülkiyyət hüquqları” mövzularında çıxış ediblər.  

2022-ci ilin iş planına əsasən Akademik Həsən Əliyev adına “Araz” Elm İstehsalat Birliyinin Aqrokimya, torpaqşünaslıq və torpaqların kütləvi analizləri şöbəsinin mütəxəssisləri tərəfindən Naxçıvan şəhər və Əliabad qəsəbə Bələdiyyəsi ərazilərinin kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən götürülən torpaq nümunələrində qida maddələri ilə təmin olunma dərəcələrini müəyyənləşdirmək üçün laboratoriya analizləri aparılıb. Analizlərin nəticələrinə əsasən əkiləcək bitkilərin qida maddələrinə tələbatından və məhsuldarlığından asılı olaraq hər bir bitki üçün üzvi və mineral gübrələrin normaları hesablanıb.

Qida maddələri ilə təminolunma kartoqramları isə Naxçıvan Muxtar Respublikası Dövlət Yerquruluşu, Geodeziya və Kartoqrafiya MMC tərəfindən hazırlanıb.

Sonda Naxçıvan şəhərinin və Əliabad qəsəbəsinin  torpaq kartoqramları  İcra nümayəndələrinə və Bələdiyyə sədrlərinə təhvil verilib və  mülkiyətçiləri maraqlandıran  suallar cavablandırılıb.

Azərbaycan Respublikası
Naxçıvan Muxtar Respublikası
Kənd Təsərrüfatı Nazirliyi

nagro.gov.az
  • Əsas səhifə
  • Əsasnamə
  • Struktur
  • Konstitusiyalar
  • Əlaqə
  • E-məktub yazmaq
  • Ünvan: Naxçıvan şəhəri, Xətai məhəlləsi, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi.

    Telefon  : 545-02-47
    Elektron-poçt  : office@nagro.gov.az
    © 2025 Tərtibat və proqramlaşdırma: Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi.