• Nazirlik
    Əsasnamə Kollegiya Struktur
  • Qanunvericilik
    Konstitusiyalar
  • Aqrar Sığorta Fondu
    • Məhsullarımız
      • Bitkiçilik
      • Heyvandarlıq
      • Akvakultura
    • Aqrar sığorta haqqında
    • Aqrar sığorta ilə bağlı maarifləndirici məlumatlar
  • Mətbuat
    Xəbərlər Fermerlərə məsləhət Hesabatlar Foto qalereya Video qalereya
  • Müraciətlər
    Əlaqə E-məktub yazmaq Qəbul günləri
  • Əsas səhifə
  • Nazirlik
    Əsasnamə Kollegiya Struktur
  • Qanunvericilik
    Konstitusiyalar
  • Aqrar Sığorta Fondu
    • Məhsullarımız
      • Bitkiçilik
      • Heyvandarlıq
      • Akvakultura
    • Aqrar sığorta haqqında
    • Aqrar sığorta ilə bağlı maarifləndirici məlumatlar
  • Mətbuat
    Xəbərlər Fermerlərə məsləhət Hesabatlar Foto qalereya Video qalereya
  • Müraciətlər
    Əlaqə E-məktub yazmaq

Kəngərli rayonunda seminar-müşavirə keçirilib

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin və Kəngərli Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Xok kəndində “Aqrar sahənin inkişaf etdirilməsi və bu sahədə müasir texnikaların rolu” mövzusunda seminar-müşavirə keçirilib.

Tədbiri Kəngərli Rayon İcra Hakimiyyətinin əməkdaşı Ağa Seyidov açaraq qeyd edib ki, muxtar respublikada kənd təsərrüfatının inkişafı daim diqqət mərkəzində saxlanılır. Rayonumuzda kənd təsərrüfatının bütün sahələri eləcə də taxılçılıq və tütünçülük daha çox inkişaf etdirilib. İlbəil bu əkinlərin sahələri genişləndirilir.

Tədbirdə nazirliyin şöbə müdiri Xaliq Abbasov çıxış edərək bildirib ki, dövlətin taxılçılığın inkişafı ilə bağlı gördüyü ardıcıl tədbirlərlə yanaşı, kənd təsərrüfatına azyararlı torpaqların əkin dövriyyəsinə qatılması və torpaqlardan səmərəli istifadə edilməsi, suvarma şəbəkələrinin genişləndirilməsi, məhsuldar toxum sortlarından istifadə edilməsi, intensiv becərmə üsullarına üstünlük verilməsinin nəticəsidir ki, muxtar respublikada dənli taxıl bitkilərinin istehsalı ilbəil artmaqdadır. Vurğulanıb ki, əkin zamanı üzvi və mineral gübrələrin tətbiqi torpağın münbitliyini və bitkilərin məhsuldarlığını artırmaqda mühüm rol oynayır. Gübrələrin tətbiqində əsas məqsəd kənd təsərrüfatı bitkilərindən yüksək və keyfiyyətli məhsul əldə etməkdir.

Nazirliyin şöbə müdiri Bəhruz Qasımov havanın mülayim keçməsi ilə əlaqədar taxıl sahələrində gəmiricilərə qarşı kimyəvi mübarizə tədbirlərinin zəruriliyi və aparılması qaydaları haqqında məlumat verib.

Nazirliyin sektor  müdiri Valeh Mehdiyev kənd təsərrüfatının inkişafında müasir kənd təsərrüfatı texnikaları və texnoloji avadanlıqların əhəmiyyətindən və onlardan  düzgün istifadə edilməsi qaydalarından danışıb.

Sonda torpaq mülkiyyətçilərini maraqlandıran suallar cavablandırılıb.

Azərbaycan Respublikası
Naxçıvan Muxtar Respublikası
Kənd Təsərrüfatı Nazirliyi

nagro.gov.az
  • Əsas səhifə
  • Əsasnamə
  • Struktur
  • Konstitusiyalar
  • Əlaqə
  • E-məktub yazmaq
  • Ünvan: Naxçıvan şəhəri, Xətai məhəlləsi, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi.

    Telefon  : 545-02-47
    Elektron-poçt  : office@nagro.gov.az
    © 2025 Tərtibat və proqramlaşdırma: Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi.