• Nazirlik
    Əsasnamə Kollegiya Struktur
  • Qanunvericilik
    Konstitusiyalar
  • Aqrar Sığorta Fondu
    • Məhsullarımız
      • Bitkiçilik
      • Heyvandarlıq
      • Akvakultura
    • Aqrar sığorta haqqında
    • Aqrar sığorta ilə bağlı maarifləndirici məlumatlar
  • Mətbuat
    Xəbərlər Fermerlərə məsləhət Hesabatlar Foto qalereya Video qalereya
  • Müraciətlər
    Əlaqə E-məktub yazmaq Qəbul günləri
  • Əsas səhifə
  • Nazirlik
    Əsasnamə Kollegiya Struktur
  • Qanunvericilik
    Konstitusiyalar
  • Aqrar Sığorta Fondu
    • Məhsullarımız
      • Bitkiçilik
      • Heyvandarlıq
      • Akvakultura
    • Aqrar sığorta haqqında
    • Aqrar sığorta ilə bağlı maarifləndirici məlumatlar
  • Mətbuat
    Xəbərlər Fermerlərə məsləhət Hesabatlar Foto qalereya Video qalereya
  • Müraciətlər
    Əlaqə E-məktub yazmaq

İstixana təsərrüfatında monitorinq keçirilib

    Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Fitosanitar nəzarəti, bitkilərin mühafizəsi və karantini şöbəsinin mütəxəssisləri Babək rayon Nehrəm qəsəbə sakini Nağıyev Nağıya məxsus istixana təsərrüfatında “Pomidor bitkisinin xəstəlik və zərərvericiləri” mövzusunda maarifləndirici tədbir keçiriblər.

    Tədbirdə şöbənin baş məsləhətçisi Yaşar Quliyev pomidor bitkisində olan fitoftora, makrosporioz, yarpağın qonur ləkə və bakterial xərçəng xəstəlikləri və eləcədə pomidor bitkisinin minalayıcı güvəsi və adi danadişi zərərvericiləri haqqında geniş məlumat verib.          
Həmin xəstəlik və zərərvericilərə qarşı mübarizə tədbirinin aparılması haqqında təsərrüfat sahibinə mütəxəssislər tərəfindən məsləhət və tövsiyələr verilib.

    Sonda mütəxəssislər istixana təsərrüfatında pomidorun minalayıcı güvəsi və qərb çiçək tripsinin monitorinqi məqsədilə feromon tələlər quraşdırıblar.

    Bir ay müddətində tələlərə hər on gündən bir baxış keçirilməsi və zərərvericilərin populyasiya sıxlığının təyin edilməsi nəzərdə tutulub. Monitorinqin nəticəsinə uyğun olaraq zərərvericilərə qarşı kimyəvi mübarizə tədbirləri tətbiq olunacaq.

Azərbaycan Respublikası
Naxçıvan Muxtar Respublikası
Kənd Təsərrüfatı Nazirliyi

nagro.gov.az
  • Əsas səhifə
  • Əsasnamə
  • Struktur
  • Konstitusiyalar
  • Əlaqə
  • E-məktub yazmaq
  • Ünvan: Naxçıvan şəhəri, Xətai məhəlləsi, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi.

    Telefon  : 545-02-47
    Elektron-poçt  : office@nagro.gov.az
    © 2023 Tərtibat və proqramlaşdırma: Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi